header

 Tramp hökumətinin istefa ssenarisi davam edir

ABŞ prezidenti şənbə gecə Ağ Ev işçilərinin rəhbəri Reins Priebusu vəzifəsindən uzaqlaşdırıb və ABŞ daxili təhlükəsizlik naziri Con Kellini onun yerinə təyin edib.

Yenilərdə Ağ Evin ictimaiyyətlə əlaqədar şöbəsinə rəhbər təyin olunan Antoni Skaramuççi Reins Priebusu məlumatları medialara sızdırmaqda suçlayıb. Bunun ardınca isə Donald Tramp belə bir qərar verib.

 

ABŞ prezidentinə yaxın rəsmi isə Röyters İnformasiya Agentliyinə deyib: Tramp dəstəklədiyi bəzi layihələrin ABŞ Konqresində uğursuzluğundan sonra, Priebusa olan etimadını itirib və xüsusi toplantılarda onun səlahiyyətini naməlum vəziyyətlə üzləşdirib.

 

Donald Tramp son vaxtlar Antoni Skaramuççini Ağ Evin ictimaiyyətlə əlaqədar şöbəsinə rəhbər təyin edib.

 

Ağ Evin ictimaiyyətlə əlaqədar şöbəsinə başçılıq edən Ağ Evin sabiq sözçüsü Şon Spayser bu təyinatı böyük yanlışlıq adlandırıb və Ağ Evin mətbuat katibi vəzifəsindən istefa verib.

 

Bundan öncə də Tramp hökumətinin bir neçə rəsmisi vəzifəsindən kənarlaşmış və ya istefa vermişdir.

 

Donald Trampın qalmaqallı, bəzi hallarda isə ədəbsiz açıqlamaları və davranışları bir çox amerikalı siyasətçinin onun prezident səviyyəsində olmadığını bildirməsinə gətirib çıxarmışdır.

ABŞ prezidenti şənbə gecə Ağ Ev işçilərinin rəhbəri Reins Priebusu vəzifəsindən uzaqlaşdırıb və ABŞ daxili təhlükəsizlik naziri Con Kellini onun yerinə təyin edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap