header

 Qasimi: İran var-gücü ilə öz raket proqramını davam etdirir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehran ABŞ-ın hərəkətinə lazımi reaksiyanı öz haqqı hesab edir və var-gücü ilə öz raket proqramını davam etdirir.

ABŞ Nümayəndələr Palatası və Senatı səs çoxluğu ilə İran əleyhinə sanksiyaların qəbuluna səs veriblər və ABŞ Xəzinədarlıq Nazirliyinin sözçüsü Heather Nauert də İranın Simurq peyk daşıyıcısının nüvə anlaşmasının ruhuna zidd olduğunu iddia edib.

 

İran XİN sözçüsü Bəhram Qasimi şənbə günü İRİB-ə müsahibədə ABŞ-ın İran əleyhinə son sanksiyaları haqda deyib: İranın hərbi və raket proqramı üzrə siyasəti tamamilə aydındır və başqalarının ona müdaxilə etmək haqqı yoxdur.

 

Qasimi İranın müdafiə və raket siyasətlərini ölkənin müdafiəsi və regionun sülhü, təhlükəsizliyi və stabilliyinə kömək adlandırıb və deyib: İranın raket proqramı qonşular və başqaları üçün təhlükə deyil. Əksinə İrana təcavüz üçün istənilən ağılsız düşüncənin qarşısını almaq siyasətidir.

 

Qasimi ABŞ Nümayəndələr Palatası və Senatının qərarını İran əleyhinə ötən sanksiyaların toplusu adlandırıb və deyib: Amerikanın bu hərəkəti, düşmənçilik hərəkətidir, qəbul edilməzdir və rədd olunur. Bu isə çoxtərəfli və beynəlxalq anlaşma olan nüvə anlaşmasını zəiflətməyə köklənib.

 

İran XİN sözçüsü həmçinin ABŞ-ın İranı terrorizmi dəstəkləməsinə dair ittihamına da toxunub: İran terrorizmlə mübarizə istiqamətində çoxlu səylər göstərmişdir. Lakin Amerika regionda stabillik, təhlükəsizlik, sülh və iqtisadi inkişafa qarşıdır və terrorçuların iştirakı ilə regionu iğtişaşlara sürükləməyə çalışır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehran ABŞ-ın hərəkətinə lazımi reaksiyanı öz haqqı hesab edir və var-gücü ilə öz raket proqramını davam etdirir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap