header

 Nəsrullah: Ərsal əməliyyatında məqsəd, terrorçuların regiondan çıxarılması idi

Livan Hizbullahının baş katibi bu hərəkat qüvvələrinin mehvərliliyi ilə keçirilən Ərsal əməliyyatında məqsədi terrorçuların regiondan çıxarılması adlandırıb və Livan müqavimətinin bu əməliyyatdakı qələbəsini müsəlmanlara, xüsusən təkfirçi terrorizmin qurbanı olmuş sünni əhlinə təqdim edib.

Seyid Həsən Nəsrullah dünən canlı şəkildə Əlminar telekanalından yayımlanan öz çıxışında Livan müqavimətinin Ərsalın azad edilməsi əməliyyatındakı nəzərəçarpacaq irəliləyişlərinə işarə edərək, Livan ordusunun bu ölkənin daxilindəki hərəkətlərini bu nailiyyətin əldə olunmasında son dərəcə mühüm adlandırıb.

 

Təqribən üç il Cibhətunnusrə və İŞİD kimi terror qruplarının cövlangahı olmuş Livanın Ərsal və Suriyanın Qərbi Əlqələmun yüksəkliklərinin azad edilməsi əməliyyatı ötən cümə günündən başlanıb və indiyədək davam edir.

 

Bu əməliyyatın əsas mehvəri, Hizbullah qüvvələri olub. Suriya və Livanın orduları da müqavimət qüvvələrinə dəstək veriblər. Son altı gündə müqavimət qüvvələri əməliyyatın ilk mərhələsində Cibhətunnusrənin işğalı altda olan Livanın Ərsal və Suriyanın Qərbi Əlqələmun yüksəkliklərindəki məntəqələri azad edə biliblər. Bu mərhələ başa çatdıqdan sonra İŞİD-in işğalı altında olan məntəqələrin geri alınması məqsədilə əməliyyatın ikinci etapı başlanacaq. Livanda xalqın müxtəlif təbəqələri və siyasi şəxsiyyətlər Ərsalın azad edilməsi əməliyyatına dəstək veriblər.

 

Livan Hizbullahının baş katibi həmçinin son Fələstin olaylarına işarə edib. O, ötən günlərdə Qüdsdə və Məsciduləqsada iştirak edib, müqavimət göstərərək, sionist rejim üzərində yeni qələbə qazanmış fələstinlilərə təşəkkür edibdir.

 

Sionist rejim hərbçiləri bu rejimin baş naziri Benyamin Netanyahunun göstərişilə iyulun 14-dən 17-dək Məsciduləqsanın qapılarını fələstinli namazqılanların üzünə bağladılar və onun yenidən açılmasından sonra da namazqılanları təftiş etmək üçün bu məscidin girəcəklərində darvazalar quraşdırdılar.

 

Sionist rejimin bu düşmənçilik hərəkəti fələstinlilərin, eləcə də bir çox islam ölkəsinin başçılarının və beynəlxalq rəsmilərin kəskin etirazlarına səbəb oldu.

 

Qüdsü işğal etmiş rejim geniş fələstinli və beynəlxalq etirazların ardınca çərşənbə axşamı günü bu müqəddəs məscidin girəcəklərində quraşdırılmış darvazaları yığışdırmağa məcbur oldu.

Livan Hizbullahının baş katibi bu hərəkat qüvvələrinin mehvərliliyi ilə keçirilən Ərsal əməliyyatında məqsədi terrorçuların regiondan çıxarılması adlandırıb və Livan müqavimətinin bu əməliyyatdakı qələbəsini müsəlmanlara, xüsusən təkfirçi terrorizmin qurbanı olmuş sünni əhlinə təqdim edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap