header

 ABŞ İranla nüvə razılaşmasını pozmaq üçün səylərini gücləndirib

Birləşmiş Ştatlar 2 il öncə İranla imzaladığı nüvə anlaşmasını pozmaq niyyətindədir.

Senatın xarici əlaqələr komitəsinin sədri Bob Korker Washington Post qəzetinin təşkil etdiyi debatda ABŞ-ın son zamanlar İrana qarşı yenidən sanksiyaların artırılmasının pərdəarxasına aydınlıq gətirib.

 

O deyib: “Biz işi elə aparmalıyıq ki, İran nüvə anlaşmasını özü pozmuş olsun”.

 

Senat rəhbərinin sözlərindən belə anlaşılır ki, onlar yeni sanksiyaları tətbiq etməklə nüvə anlaşmasının İran tərəfindən pozulması üçün zəmin yaradırlar.

 

Xatırlatmaq lazımdır ki, 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əsasən ABŞ, BMT və Avropa ölkələri rəsmi Tehrana qarşı tətbiq etdikləri bütün sanksiyaları aradan qaldırmalı idi. Ancaq Qərb ölkələri sözügedən sanksiyaların ləğvi prosesində laqeydlik göstərirlər.

 

ABŞ-dakı prezident seçkilərindən sonra da hakimiyyət başına gələn Tramp beynəlxalq anlaşmanı pozmaq istiqamətində addımlar atmağa başlayıb. Bundan əlavə, insan haqları və terrorçuluğa dəstək bəhanəsi ilə İrana qarşı yeni sanksiyaları artırmaqda davam edir. Son sanksiyalara etiraz olaraq isə Fransa hökuməti bəyanat qəbul edərək bunun nüvə razılaşmasına zidd olduğunu açıqlayıb. / FaktXeber.com

Birləşmiş Ştatlar 2 il öncə İranla imzaladığı nüvə anlaşmasını pozmaq niyyətindədir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap