Siyasi məhbuslara zülm edən Səud rejimi terrorçulara həbsxanada "5 ulduzlu" şərait qurub - FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:30 PM
Səud rejimi İŞİD və Əl-Qaidə üzvü olan məhbuslara "5 ulduzlu" otel şəraiti qurub
“Sputnik”-ə
istinadən, Səudiyyə Ərəbistanı terrorçu qruplarına üzv olanlar üçün həbsxanalarda
gözəl və təmtəraqlı şərait yaratmaqla, məhbusları İŞİD və Əl-Qaidəyə qoşulmağa
həvəsləndirir.
Bu məsələyə
münasibət bildirən “Prinston” universitetinin Yaxın Şərq araşdırmaları üzrə mütəxəssis
müəllimi Bernard Heql deyib: “Terrorçulara yaradılan bu şərait Səud rejiminin
sahib olduğu düşüncə və hakimiyyət fəlsəfəsinin göstəricisidir. Terrorçular
hovuzdan, idman zallarından, futbol meydançalarından, psixoloq və həkimlərin
xidmətindən rahatlıqla istifadə edir və ailələri ilə ayda bir dəfə görüşə bilərlər.
Bunun tam əksini də müşahidə edirik. Beynəlxalq insan haqları təşkilatları bu
rejimin siyasi fəallara qarşı işkəncə faktlarını dəfələrlə tənqid etməkdədir.”
Qeyd edək ki,
bu xəbər dünya mediasının da diqqətini cəlb edib. / İslaminSesi