Ali-Səud rejim hərbiçiləri Əvamiyyə bölgəsinə toplarla atəş açıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:30 PM
Ali-Səud rejim hərbiçiləri bu gün səhər Əvamiyyə bölgəsinə toplarla atəş açıb.
“u-news”a
istinadən, Səudiyyə Ərəbistan rejimi Əvamiyyə bölgəsində Əhli-beyt (ə)
ardıcıllarına qarşı amansız hücumlar və repressiyaları davam etdirir.
Belə ki, bu gün
səhər Ali-Səud rejim qüvvələri Əvamiyyə bölgəsinə toplarla atəş açıb və Əvamiyyədəki
təhlükəsizlik qüvvələrinin sayını artırıb.
Hələlik hücum nəticəsində
ölən və yaralanalar və dəymiş ziyan bərədə məlumat yoxdur.
Qeyd edək ki,
Əvamiyyə bölgəsi son iki ayda Ali-Səud
rejim hərbiçilərinin mühasirəsi altında saxlanılır. Səudiyyə rejiminin qüvvələrinin
Əvamiyyənin müxtəlif məhəllələrinə təşkil etdiyi hücumlarda Əhli-beyt (ə)
ardıcıllarından çox sayda insan şəhid olub, bəzi sakinlər yaralanıb, vətəndaşların
evləri və əmlakları dağıdılıb. Müxtəlif bəhanələrlə onlarla insan həbs olunb.
Əvamiyyə bölgəsi
təqribən 6 ildir ki, rejim əleyhinə dinc aksiyalara şahiddir. Etirazçılar Riyad
hökumətinin ölkədə şiələrə qarşı represiya siyasətlərinə etiraz edir. Onlar bu
kimi ayrıseçkilik siyasətlərinə son qoyulmasını istəyir. Səudiyyə rejiminin
repressiyaları nəticəsində indiyədək bir neçə nəfər öldürülüb və onlarla insan
yaralanıb və ya həbs olunub.
Səudiyyə Ərəbistanı
əhalisinin 15 faizi şiələr təşkil edir. Şərqiyyə vilayəti əsasən şiələrin məskunlaşdığı
bölgədir. Səudiyyə Ərəbistanın ən önəmli neft hasilat etdiyi yer bu vilayətdə
yerləşir. / Maide.Az