header

 Həyatdakı narahatlıqlarımızın səbəbləri

Bəzən düşünürük ki, həyatda hər bir şeyimiz vardır: maddi imkanımız yaxşıdır, gözəl ailəyə malikik, elmi dərəcəmiz yüksəkdir, ancaq yenə də həyatda aramlığımız yoxdur. Hər günümüz narahatlıqla keçir. Bəs bunun səbəbi nədir?

Əgər bu səbəblər barəsində düşünsək, görərik ki, bizim narahat olmağımıza səbəb olan amillər bunlardır:

 

1. Günah hissi. Bəzən elə günahlar işlədirik ki, düşünürük artıq ona görə tövbə etmək yersiz olar. Elə bilirik ki, artıq üstündən çox sular keçmişdir. Ona görə də ruhi əzab çəkirik. Ancaq Quran bu haqda buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

 

2. İkinci səbəb isə həyatdan razı qalmamağımızdır. Çünki biz insanlar daima öz həyatımızı başqalarının həyatı ilə müqayisə edirik. Quran isə bizə buyurur: “Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir). Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» - deyər”. (“Zumər” 15-16).

 

3. İnsanı ən çox pərişan edən əsil səbəb isə Allahı unutmaqdır. İnsana mənəvi şadlıq gətirən əməllər – dua, münacat, namazdır. Əgər insan bu əməllərdən uzaq olarsa və Munisini unudarsa, istər-istəməz həyatı acı olacaqdır. Həyatın ruhi təzyiqlərinə tab gətirə bilməyəcəkdir. Çünki bu ağır meydanda onun əsil silahı olan dua və münacat mövcud deyildir. İmam Sadiq (ə) buyurur: “Allah bəndəsinə ən mühüm vacibat – Allahı yada salmaqdır”. Yəni, Allahı yada salmaq – vaciblərin də vacibidir. (Tebyan)

Ona görə də deyə bilərik ki, əgər bu üç səbəbi aradan qaldıra bilsək, həyatdakı nigarançılıqlarımız və narahatlıqlarımız da xeyli azalar, hətta aradan gedər.

 

/Deyerler.org/

 

Bəzən düşünürük ki, həyatda hər bir şeyimiz vardır: maddi imkanımız yaxşıdır, gözəl ailəyə malikik, elmi dərəcəmiz yüksəkdir, ancaq yenə də həyatda aramlığımız yoxdur. Hər günümüz narahatlıqla keçir. Bəs bunun səbəbi nədir?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap