Qəlblərin ölən zamanında ölməyən qəlb
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Qəlblərin ölən günü ölməyən qəlb
Qəlb insanın əsas
duyğu mərkəzidir. Demək olar ki, insanı araşdıran bütün sahələr, başqa
formalarda da olsa bütün insanlığın qəlbdə cəm olduğunu vurğulayırlar. Təbii
ki, qəlb deyəndə insanın ürək orqanı nəzərdə tutulmur. Qəlb sanki, insanın
bütün hisslərinin mərkəzi anlamındadır.
Qurani Kərimdə
də Allah Tشala qəlbə işarə
edərək, günahkarların qəlblərinin xəstə olduğunu buyuraraq onları belə məzəmmət
edir:
Onların ürəyində
mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini
daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!
(Bəqərə-10)
Qurani Kərimə əsasən
insanın əzab və zəlalətə düşməsinin əsas səbəbi qəlbidir. Yəni qəlbinin
kin-küdurətlə, nifaqla dolmasıdır. Təbii ki, nifaqla dolu qəlb sahibindən saleh
əməl baş verməz. İnsanın zəlalətdən nicatı üçün ilk öncə qəlbinin “sağalması”
lazımdır. Qəlbinin “diri” olması lazımdır.
İmam Rza (ə)
buyurub: Bizim sünəmizin ihya olunduğu məclislərdə oturan şəxsin qəlbi, qəlblərin
ölən günündə ölməz (Bihar-44. Səh-278).
İmam Sadiq (ə)
buyurub: Bizim yolumuzu, sünnəmizi diri tutun! Kimi bunu etsə Allah ona rəhm
etsin (Vəsailiş-Şiə. Cild-10. Bab 66).
Həmd olsun
Allaha Əhli Beyti (ə) tantmağla bizə minnət qoydu.
Y.Nuriyev / İslaminSesi.info