header

 İran Prezidenti: Təəssüf olsun ki, bəzi tərəflər verdiyi sözlərə əməl etmirlər

"Tərəflər sazişi pozmadığı ana qədər biz də verdiyimiz sözlərə sadiq qalacağıq"

İran Prezidenti Həsən Ruhani Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerinini qəbul edib.

 

“Farsnews”-a istinadən, Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Federika Moqerini bu gün İran prezidentilə görüşüb.

İran və Avropa Birliyinin son 4 ildə həmkarlıq və əlaqələr baxımından müsbət və mühüm addımlar atdığını deyənn Həsən Ruhani bildirib:

 

“Dünyanın, xüsusən Orta Şərqin bu qalmaqallı dönəmində bu cür addımların atılması olduqca əhəmiyyətlidir.

 

İranla 5+1 ölkələri arasında əldə olunan nüvə razılığı çox önəmlidir. AB bu razılığın ərsəyə gəlməsində mühüm rola sahibdir. İİR nüvə razılığına daim sadiq qalıb və tərəflər bunu pozmadığı ana qədər biz də verdiyimiz sözlərə sadiq qalacağıq.

 

Təəssüf olsun ki, bəzi tərəflər verdiyi sözlərə əməl etmirlər. Razılığın mühüm bir hissəsi iqtisadi əlaqələr, bank və ticari fəaliyyətlərlə bağlıdır. Bu məsələlər təcili olaraq praktiki surətdə həyata keçirilməlidir.”/ İslamazeri.com

"Tərəflər sazişi pozmadığı ana qədər biz də verdiyimiz sözlərə sadiq qalacağıq"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap