Səudiyyə rejiminin hücumları nəticəsində Əvamiyyədə acınacaqlı durum yaranıb - FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Səudiyyə Ərəbistanın Əvamiyyə şəhər sakinləri bu şəhərdə Ali-Səud rejiminin hücumlarının ardınca durumun çox acınacaqlı olduğunu bildirir.
“almanar”a istinadən, artıq təqribən
3 aydır ki, Ali-Səud rejim qüvvələri ölkənin şərqində şiələrin məskunlaşdığı
Əvamiyyə bölgəsinə hücumları artırıb. Bu müddət ərzində 26 nəfər Səudiyyə rejim
hərbiçilərinin açdığı atəş nəticəsində şəhid olub.
Əvamiyyə şəhər sakinlərinin
bildirdiyinə görə, Səudiyyə rejimi şəhərdə komendant saatının tətbiq edib.
Şahidlərin bildirdiyinə görə, Ali-Səud
rejimi küçələrdə qalmış şəhidlərin cənazəsini götürməyə icazə vermir. Evlərin
üzərində hərbiçi snayperlər insanların küçədə gediş-gəlişini çətinləşdirib.
Rejim qüvvələri yaralılara tibbi
yardım üçün gələn təcili tibbi yardım maşınlarını və yanğınsöndürənlərin hadisə
yerinə getməsinin qarşısını alır.
Çox çətinliklə evindən çıxa bilən
Əvamiyyədə yaşayan qadınlardan biri bildirib ki, 3 gün idi ki evdə yemək yox
idi. “Ali-Səud rejim qüvvələri davamlı olaraq əl-Məstura və digər məhəllələrə
hücumlar təşkil edir. İnsanlar evlərində məhbus olunub”.
Sosial şəbəkələrdə Əvamiyyənin Səud rejiminin hücumundan öncə və sonrakı fotoso yayımlanıb. Fotolardan da dağıntıların nə qədər olduğunu müşahidə etmək mümkündür.
Səudiyyə Ərəbistanı
rejim qüvvələri cari ilin may ayının sonlarından Əvamiyyə bölgəsinə yeni
hücumlara start verib. İndiyədək Səudiyyə rejiminin topxanalarından açdığı atəş
nəticəsində Əvamiyyədə yüzlərlə ev dağıdılıb. Evlərə verilən elektrik
enerjisi kəsilib.
Səudiyyə Ərəbistanının
şərq bölgəsi bu ölkənin neftlə zəngin olan bölgələrindən biridir. Eyni zamanda
bu bölgədə şiələr məskunlaşıb. Qətif və Əvamiyyə bölgəsində 2011-ci ildən Ali-Səud
rejimi əleyhinə dinc aksiyalara şahiddir. Etirazçılar Riyad hökumətinin ölkədə
şiələrə qarşı repressiya siyasətlərinə etiraz edir. Onlar bu kimi ayrıseçkilik
siyasətlərinə son qoyulmasını istəyir. Səudiyyə rejiminin repressiyaları nəticəsində
indiyədək bir neçə nəfər öldürülüb və onlarla insan yaralanıb və ya həbs
olunub.
Səudiyyə Ərəbistanın
əhalisinin 15 faizi şiələr təşkil edir. Şərqiyyə vilayəti əsasən şiələrin məskunlaşdığı
bölgədir. Səudiyyə Ərəbistanın ən önəmli neft hasilat etdiyi yer bu vilayətdə
yerləşir.
Aprelin 11-də
Əvamiyyə bölgəsinə Səudiyyə rejiminin qüvvələrinin təşkil etdiyi hücum vaxtı 3
nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır./ Maide.Az