header

 4 ölkə İranı BMT-yə şikayət etdi - ƏTRAFLI

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa keçən həftə kosmosa peyk göndərdiyini açıqlayan İranı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib.

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa keçən həftə kosmosa peyk göndərdiyini açıqlayan İranı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib.

 

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İranla nüvə danışıqları aparan 6 ölkə arasında yer alan dörd Qərb ölkəsinin məktubunda İranın "Simurq" raketinin kosmosa göndərilməsi "təxribatçı və hədələyici" bir addım kimi dəyərləndirilib.

 

Raketin növünə dair qəti bir fikrə yer verilməyən məktubda, bunun balistik raket olması halında nüvə başlığı daşıya biləcək tutum və mənzilə sahib ola biləcəyi qeyd edilib.

 

BMT TŞ-YƏ GÖRƏ QADAĞANDIR

 

Bu hərəkətin İran ilə BMT TŞ 5 daimi üzvü və Almaniya (P5+1) arasında 2015-də əldə edilən və BMT TŞ tərəfindən təsdiqlənən müqavilə ilə (JCPOA) zidd olduğu iddia edilən məktubda, sözügedən müqaviləyə əsasən İranın nüvə başlıq daşıya biləcək balistik raket inkişaf etdirilməsinə dair hər hansı bir hərəkət etməsinin qadağan olduğu xatırladılıb.

 

Məktubda, beynəlxalq cəmiyyətdən İrana hərəkətlərinin müqaviləni pozduğu barədə açıq mesaj göndərməsi tələb olunub.

 

İRANA ÇAĞIRIŞ EDİLİB

 

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft da jurnalistlərə verdiyi açıqlamada, İran ilə aparılan nüvə sazişini dəstəkləməyə davam etdirdiklərini bildirərək, "Müqavilənin bütün tərəflərinə sözlərinə sadiq qalma və müqavilənin şərtlərinə uyğun davranma çağırışı edirik",- deyib.

 

İran Dövlət Televiziyası iyulun 27-də kosmosa inkişaf etmiş bir peyk atıldığını bildirmişdi.

 

Uzun müzakirələrin ardınca İran P5+1 ölkələri ilə 2015-də nüvə proqramının dayandırılması və əvəzində BMT sanksiyalarının ləğv edilməsi haqqında saziş imzalanmışdı.

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa keçən həftə kosmosa peyk göndərdiyini açıqlayan İranı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap