Ruhani: İran düşmənlər tərəfindən təcridin icbar edilməsini qəbul etməyəcək
Posted on : iran 10/16/2017 1:00:31 PM
İran prezidenti Həsən Ruhani deyib: İran İslam Respublikası hərçənd başıucalıqdan ölkənin istiqlaliyyətinin xərcini ödəyib və ödəyəcək, amma heç vaxt düşmənlər tərəfindən təcridin icbar edilməsini qəbul etməyəcəkdir.
Prezident
aparatının informasiya portalının məlumatına görə, Həsən Ruhani bu gün İran
İslam Respublikası prezidenti hökmünün İslam İnqilabının Böyük Rəhbəri Həzrət
Ayətullahuluzma Xamenei tərəfindən təsdiqlənməsindən sonra deyib: İran bədxahların
beynəlxalq sistemdə fəal iştirak etməmək üzrə tələblərinə təslim olmayacaq və bəşəriyyət
təcrübəsinin nailiyyətləri və hadisələrindən uzaq qalmağı da qəbul etməyəcəkdir.
Ruhani bildirib
ki, nüvə anlaşması İran İslam Respublikasının beynəlxalq səviyyədə səmərəli və
təsirli anlaşma üzrə xoşməramlılığının nişanəsi olub. O, əlavə edib: İran
hazırda keçmişdəkindən daha çox özünəinam və böyük 2017-ci il 19 may qəhrəmanlığını
yaratmış bir xalqın himayəsi ilə əsas qanun çərçivəsində dünya ilə səmərəli və
təsirli anlaşmaya təkid edir.
Ruhani İran
İslam Respublikası quruluşunun xalqın səsinə söykəndiyini bildirərək, deyib:
Xalqın iştirakı səbəb olur ki, İran İslam Respublikası quruluşu dalana dirənməsin.
İran İslam
Respublikası prezidenti vurğulayıb ki, 12-ci dövlət öz iqtisadi proqramını
quruluşun külli siyasətləri və müqavimət iqtisadiyyatı əsasında qərar verib. O,
deyib: İran dövləti ölkədə iqtisadi bir inqilab yaratmaq ardıncadır və bu gün də
ölkələr sıx bir dünyada bir-birilərinin qonşuluğunda qərar tapıblar ki, belə
bir şəraitdə milli inkişafı dünya ilə səmərəli anlaşmadan başqa bir yolla
qurmaq olmaz.
İran İslam
Respublikası prezidentinin tənfiz olunması-təsdiqlənməsi mərasimi bu gün səhər
Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirildi və İslam
İnqilabının Böyük Rəhbəri xalqın səsini təsdiq etməklə Həsən Ruhanini İran
prezidenti təyin etdilər.