header

 Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə naziri Viqen Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.

 O, Azərbaycana silah satılmasına pis baxdığını bildirib.

 Ermənistan-Rusiya əməkdaşlığına toxunan nazir Rusiyadan silahı bu ölkənin daxili bazar qiymətləri əsasında aldıqlarını bildirib, Rusiya bazarının İrəvan üçün vacib olduğunu deyib.

 Qeyd edək ki, iyunun 24-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Rusiya hökumətlərarası razılaşmaya əsasən ölkəmizə müasir hərbi texnikanın çatdırıldığını açıqlayıb. Bakı limanına gətirilən silah yaxın vaxtlarda cəbhə zonasına göndəriləcək. Bu silah Azərbaycan Silahlı Qüvvələrinin ön xətt bölmələrinin düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçik sürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərini vurmaq üçün döyüş və manevr imkanlarını artıracaq.

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap