header

 Qətər əmirinin İran prezidentilə telefon danışığı Səudiyyə mesaj oldu

Qətər əmiri ilə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub

“Al Alam” xəbər verir ki, Qətərin mühasirə olunmasını qəbul olunmaz hesab etdiyini deyən Həsən Ruhani bildirib: “Ölkəmizin hava, torpaq və dəniz sahələri daim qardaş ölkə olan Qətərin üzünə açıqdır. Qətərin iqtisadıyyatına dəstək vermək və iki ölkə arasında əlaqələrin genişləndirilməsi ölkələr arasında ortaq hədəflərdən hesab edilə bilər.”

 

Qətər əmiri Təmim bin Həmd Ali-Sani də öz növbəsində İranla həmkarlıq əlaqələrinə müsbət yanaşdığını deyərək bildirib: “Doha İranla əlaqə qurmaq məsələlərini açıq qucaqla qarşılayır. İki ölkə arasında olan əlaqələr güclü və inkişaf etməyə doğru hərəkətdədir.”

 

Qeyd edək ki, Qətərlə əlaqəsini kəsən ərəb ölkələri vəziyyətin düzəlməsi üçün bu ölkəyə 13 bəndlik şərt təqdim edib. O şərtlərdən biri də məhz İranla əlaqələrə son qoyulmasıdır. Mütəxəssislər Təmim bin Həmd Ali-Saninin Həsən Ruhaniyə dediyi sözləri, Qətərin ərəb ölkələrinin şərtlərinə ilk cavabı olaraq dəyərləndiriblər

Qətər əmiri ilə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap