Sionist İsraildən sülh axtaran ərəblərə mesaj - Heç bir fələstinli evinə qayıda bilməyəcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Sionist İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman heç bir fələstinlinin öz doğma torpaqlarına dönmələrinə izin verməyəcəklərini bildirib
O, bu barədə Təl-Əvivdə rejimin müdafiə siyasətinin müzakirə
edildiyi Herzliya konfransında çıxış edərkən bəyan edib:
"Tək bir fələstinli
belə İsraildəki torpaqlarına geri qayıda bilməyəcək".
Liberman həmçinin,
heç bir fələstinli qaçqın edilmiş vətəndaşın 1967-ci il sərhədləri daxilində
geri dönüşünü qəbul etməyəcəklərini qeyd edib.
Aviqdor Liberman
keçmiş sionist rejiminin sabiq baş nazirinin təqdim etdiyi 2008 sülh təklifi
barədə bildirib ki, "Fələstinlilərə Ehud Olmert kimi təkliflər verən başqa
bir baş nazir əsla olmayacaq".
Liberman sionist
rejimin sabiq baş nazirinin təqdim etdiyi bir 2008 sülh təklifi barədə bildirib
ki, "Fələstinlilərə Ehud Olmert kimi təkliflər verən başqa bir baş nazir əsla
olmayacaq".
İsrail mediasına görə
Liberman onlarla illik İsrail-Fələstin probleminin sona çatdırılmasının
"problemləri həll etməyəcəyini, onları daha da pisləşdirəcəyini" ifadə
edərək, "İsrailin ilk olaraq mülayim sünni dövlətlərlə regional razılığa gəlməsinin
lazımlığını qeyd edib.
Sionist rejimin müdafiə
naziri Qəzza məsələsi ilə əlaqədar oraya hücum etmələrinin lazımlı olduğunu
hesab etmədiyini açıqlayıb:
"İçəri girməyimizin
lazım olduğunu düşünmürəm"