header

 Quran axır zamanda sionizmin məhv olacağı vədini vermişdir

Bəni-İsrail əzabının həyata keçirilməsi zamanı barədə təfsirçi nəzəriyyələr. Birinci hissə

Tashaio.com-din məsələləri üzrə ekspert Quran və hədis üzrə ilahiyyat elmləri doktoru Əlirza Şərif böyük alimlərdən biridir. O, İsrailin məhv olacağına dair "Quran axır zamanda sionizmin məhv olacağı vədi” adlı məqalə dərc etmişdir. İsrail rejiminin gələcəyi haqqında ondan müsahibə almışıq.

Sual: İsrailin 25 il ərzində məhv olacağı mövzusu müəzzəm inqilab rəhbəri tərəfindən irəli sürülmüş, indi isə islam inqilabının əsas mözubəhsinə çevrilmişdir. Siz, İsrailin məhvolma prosesi haqqında geniş tədqiqat aparmışsınız. Lütfən başlanğıcda bu barədə ilahi vədə də işarə edəsiniz.

Bəli, bu bir çox təfsirçi və alimləri cəlb edən mövzubəhsdir və Əsra surəsinin ilk ayələrində əksini tapmışdır. Allah-Taala bu surənin birinci ayəsində bir hadisəni irəli sürür. Bu hadisə Rəsulüllah meracının özü yox, müqəddiməsi olan gecə seyridir. Çünki bu, göyə yüksəlmək deyil, yer üzündə baş verən hadisədir. Bu haqda kitablar və yazılar da vardır. Allah-Taala həmin surənin 4 və 5-ci ayələrində deyir: “və Kitabda İsrail övladına xəbər verdik ki, siz, yer üzündə iki dəfə fitnə törədəcəksiniz və çox böyük üsyan qaldıracaqsınız. Birinci vədin vaxtı çatanda çox güclü bəndələrimizdən bir tedadına göstəriş verəcəyik ki, sizi evbəev arasınlar. Bu hədə mütləq riallaşacaqdır”. Allah-Taala Bəni-İsrailin yer üzündə iki dəfə fitnə törədəcəyinə işarə edir.

Məncə- sözümün davamında onun dəlillərini deyəcəyəm- ümumiyyətlə Bəni-İsrailin birinci fitnəsini aradan qaldırmaq üçün “çox kəskin gücə malik olan bəndələrimiz” titulu ilə adlandırdığı adamlardan istifadə edəcəkdir. Hələ islam tarixində Bəni-İsraillə belə davranacaq adamla rast gəlməmişik. Allah-Taala “çox kəskin gücə malik olan bəndələrimiz” ifadəsilə onların xüsusiyyətlərinə işarə edir. Həmin adamları Maidə və Mücadələ surələrində hizbüllah partiyası kimi təqdim edir. Biz də çox uzaq olmayan bir gələcəkdə və müəzzəm inqilab rəhbərinin dediyi kimi 25 ildən az bir müddətdə İsrail rejimindən bir əsər-əlamət qlmayacağı fikrindəyik.

Sual: bu mövzunun başlanğıcını hansı məsələdə görürsünüz? Ayri əsaslarınız da varmı?

Məlumdur ki, bunun üçün Hizbüllah formalaşmalıdır. Onun formalaşma qüvvəsi və xüsusiyyətləri müəzzəm inqilab rəhbərinin işarə etdiyi və Allah-Taalanın Müdəssir surəsinin 50 və 51-ci ayələrində ifadə etdiyi kimi olmalıdır. Allah bu ayələrdə deyir ki, “sanki hürkmüş çöleşşəkləri aslanın qabağından qaçırlar”. Hizbüllah aslan kimidir ki, çöleşşəkləri onu görüb nəriltisini eşidəndə bir-birnə dəyir və elə qaçışırlar ki, çoxu ayaq altda qalıb ölür və bu da onların məhv olmasına gətirib çıxarır. Bax, Allah-Taala Həşr surəsinin ikinci ayəsində buna işarə edir. Elə bir mrhələ meydana gəlməlidir və hizbüllanın elə bir əzəməti olmalıdır ki, onu “Qəsvərə” adlandıra bilək. Hətta deyə bilərik ki, hizbüllanın ilk təzahürü islam inqilabında olmuşdur. Əsas hadisə isə Maidə surəsinin 54-cü ayəsində başlanmışdır. Allah-Taala bu ayədə deyir: “ey iman gətirənlər, hər biriniz dinindən dönsə Allah tezliklə başqa bir qrupu gətirər. Allah onları, onlar da Allahı sevirlər. Onlar, möminlərə təvazökar, kafirlərə isə üstündürlər. Allah yolunda cihad edir, heç bir məlamət və kinayədən usanmırlar. Bu, Allahın fəzlidir. Allah, istədiyi adama bu fəziləti verər. Allah bilici işgüzardır”. Ardı var….

 

Bəni-İsrail əzabının həyata keçirilməsi zamanı barədə təfsirçi nəzəriyyələr. Birinci hissə
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap