header

 Elxan Şahinoğlunun Azərbaycanı Türkiyənin ayağına verməsi ilə bağlı sərt təpki

Akif Nağı: “Naxçıvanı Türkiyəyə birləşdirmək absurd ideyadır. Normal ekspert, siyasətçi və dövlət adamı bunu özünə məqbul saymamalıdır”

Vüsal Hətəmov: “Biz qardaş Tükiyədən bir yol gözləyirik: Suriyaya, İraqa İŞİD-i qırmaq üçün daxil olduqları kimi, Ermənistana da daxil olsunlar”

 

 Politoloq Elxan Şahinoğlunun öz şəxsi Facebook səhifəsində yazdığı status ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Politoloq yazdığı statusda bildirib ki,  Zəngəzuru Azərbaycandan qoparmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhəddi ortadan qaldırıldı:  “SSRİ dövründə əlaqə Ermənistan üzərindən idi, problem də mövcud deyildi. Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nini süqutu ilə Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi var. Dağlıq Qarabağda müharibə təhlükəsi artdığından Naxçıvanın təhlükəsizliyinə diqqətin artırılmasına ehtiyac duyulur. Buna görə də Naxçıvan hüququ baxımdan Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır. Faktiki Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir”.

 

 Elxan Şahinoğlu yazdığı statusda dolayısı ilə Naxçıvanın Türkiyənin tabeliyində (fiziki baxımdan) olmasını dəstəklədiyini bildirib. İslaminSesi xəbər verir ki,   bu fikirlər ölkənin digər siyasi şərhçiləri və ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanıb.

  “Birlik” təşkilatının sədri, şərqşünas-politoloq Vüsal Hətəmov həmkarının şərhinə cavab olaraq bunları deyib: “Sovetlər dönəmində də qonşu ermənilərə  qardaş deyib Zəngəzuru, Göyçəni verdik. Indi də psevdopolitoloqlar deyir ki Naxçıvanı fiziki formada qardaşımız Türkiyəyə verək. Türkiyə bizim qan bir, din bir, dil bir qardaşımızdır. Lakin biz qardaş Tükiyədən bir yol gözləyirik: Suriyaya, İraqa İŞİD-i qırmaq üçün daxil olduqları kimi, Ermənistana da daxil olsunlar. Çünki Ermənistan da terrorçu yuvasıdır. Bizə torpaqlarmızın alınmasında israrla kömək etsinlər. Erməni təhlükləsi adı ilə daha torpağımızı niyə kiməsə verək ki? Şüursuz yanaşmadır. Onda gəlin şimal rayonlarını Rusiyaya, cənub rayonlarını İrana, şimal qərb rayonlarını da Gürcüstana ərməğan edək. Adam nə qədər şüursuz olar ki, müharibə ilə torpaqların alınması variantını kənara qoyub misli görünməmiş rəzil varianta əl atar? Belələri dolayısı ilə erməni dəyirmanına su tökənlərdir. İnsanda bir milli cəsarət olar”.

 “Qarabağ Azadlıq Təşkilatı” nın sədri Akif Nağı da politoloq Elxan Şahinoğlunun fikirlərinə etiraz nümayiş etdirib. O, bildirib ki, politoloqun təşəbbüsü heç bir məntiqə sığmır: “Naxçıvanla bağlı Türkiyənin üzərində öhdəlik var. Qarabağla bağlı mübahisəli məsələlər həll olunarkən, o vaxt imzalanan “Moskva” və “qars” müqavilələrinə görə Türkiyənin öhdəliyi mövcuddur. Bu öhdəliyə əsasən, üçüncü ölkə Naxçıvana hücuma keçərsə, o zaman  Türkiyə öz müdaxiləsini ( həmçinin hərbi) edə bilər. Ona görə də, bundan daha irəli getmək, Naxçıvanı Türkiyəyə birləşdirmək absurd ideyadır. Normal ekspert, siyasətçi və dövlət adamı bunu özünə məqbul saymamalıdır. Azərbaycan Naxçıvanı müdafiə etmək və torpaqlarını geri qaytarmaq iqtidarındadır. Naxçıvanı, hər hansı bir təhlükədən çəkinib Türkiyəyə birləşdirmək çıxış yolu deyil. Bu yalnış mövqedir və heç bir məntiqi yoxdur”.

Akif Nağı: “Naxçıvanı Türkiyəyə birləşdirmək absurd ideyadır. Normal ekspert, siyasətçi və dövlət adamı bunu özünə məqbul saymamalıdır”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap