header

 Yəmən Beynəlxalq Qüds Gününü qeyd etməyə hazırlaşır

Yəmənin Ədalət və İnkişaf üçün Gənclik Partiyası ölkənin bütün qrup və partiyalarının Beynəlxalq Qüds Gününü qeyd etmək üçün böyük tədbir keçirməyə hazırlaşdıqlarını bildirib

Dünya Qüds Günü, İran İslam İnqilabından bir il sonra hər il mübarək Ramazan ayının son cümə günündə Fələstin xalqına dəstək vermək məqsədilə Qüds Günü kimi anılır və dünyanın hər yerindəki müsəlmanlar küçə aksiyaları keçirərək fələstin xalqı ilə bərabər olduqlarını göstərirlər.

İmam Xomeyni 7 Avqust 1979-cu ildə Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds Günü kimi elan edib.

Yəmən Ədalət və İnkişaf üçün Gənclik Partiyasının baş katibi Bəkil əl-Xomeyni verdiyi müsahibədə Dünya Qüds Günü və Fələstin məsələsini qiymətləndirib:

 

"Həqiqət budur ki, Fələstin məsələsi hər kəsin təkid etməli olduğu ümumi bir məsələdir, amma təəssüf ki, Qərbi Asiyadakı münaqişələr və böhranlar Qüds və Fələstin məsələsinin arxa plana atılmasına səbəb oldu. Fələstin məsələsinin arxa plana atılması sionist rejim (İsrail Rejimi), Amerika və onların bölgədə olan əsgərlərinin mənfəətinədir. Bu əsgərlər əslində sionist rejimin tərəfdarıdır və sionist-amerikan planlarını regionda həyata keçirməyə çalışır. Sionist düşmən hazırda İslam dünyasının tənbəlliyi və Fələstin məsələsini unudulmasından istifadə etməkdə və Beytul Müqəddəsdə yəhudi yaşayış məskəi planını həyata keçirməkdədir. Yenə, ABŞ prezidenti Donald Trampın seçki təbliğatlarında amerika səfirliyini Beytul Müqəddəsə köçerəcəyinin açıqlamasının şahid olduq. Ancaq nə islam ölkələrindəki xalqların və nə də müqavimət oxuna qonşu ölkələrin, bunların başında İranın, sionist rejimin bölgədəki planını həyata keçirməsinə icazə verməyəcəyini vurğulamaq lazımdır".

 

Yəmən Ədalət və İnkişaf üçün Gənclik Partiyasının baş katibi Fələstin məsələsinin unudulmasının qarşısının alınması yolunda ən böyük addımın mübarək Ramazan ayının son cüməsi olan Qüds Gününün yüksəldilməsinin olduğunu bəyan edib:

İmam Xomeyni (r.ə) tərəfindən elan edilən bu günü canlı tutmaq lazımdır. Bunun üçün Yəmənin bütün partiyaları Yəmənin bütün şəhərlərində bu günün qeyd olunması üçün çalışmağa davam edir və Qüds Gününə yaraşan tədbir aparmağa hazırlaşırlar.

Bəkil Əl-Xomeyni açıqlamalarının davamında sionist İsrail rejiminə Qüds məsələsində hesablarını yenidən nəzərdən keçirməsi barədə xəbərdarlıq edib və neftdən qazandıqları pulları İslam dünyasında münaqişə çıxarmaq və müsəlmanlara hücum etmək üçün istifadə edən Ərəb ölkələrinə işarə edərək bunları qeyd edib:

"Bu ölkələrdə hakimiyyəti əlində saxlayan sülalələr illərdir sionist-amerika layihələri istiqamətində hərəkət edirlər".

Yəmənin Ədalət və İnkişaf üçün Gənclik Partiyası ölkənin bütün qrup və partiyalarının Beynəlxalq Qüds Gününü qeyd etmək üçün böyük tədbir keçirməyə hazırlaşdıqlarını bildirib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap