header

 İran XİN: Suriyaya raket zərbəsi Tehrandakı terror hücumuna qətiyyətli cavabdır

“İran Suriya ərazisinə raket zərbəsi endirməsi barədə Suriya hökuməti qabaqcadan məlumatlandırılıb. Bu, Tehranda baş vermiş son terror hücumuna qətiyyətli cavab idi”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
 
B. Qasimi təkfirçi-terrorçu qruplara və onları dəstəkləyənlərə xəbərdarlıq edib: “İran İslam Respublikası ölkə vətəndaşlarının təhlükəsizliyini və milli təhlükəsizliyi pozan hər hansı bir addımın qarşısında təmkinli olmayacaq və bu kimi addımların cavabı İran tərəfindən qətiyyətlə, yerində və ağılla  veriləcək”.
 
B. Qasimi bildirib ki, ötən gecə Suriya ərazində terrorçuların baza və canlı qüvvəsinə qarşı həyata keçirilmiş əməliyyat ölkə vətəndaşlarının təhlükəsizliyini təmin olunmasına xidmət edir: “Bizim siyasətimiz bölgədə və dünyada terrorizm və ifratçılığın kökünü kəsmək üçün regional və beynəlxalq əməkdaşlıqdır. Ölkəmizə qarşı hər hansı təhlükə və təcavüzə hərbi qüvvələrimizin gücünə arxalanaraq qətiyyətli cavab verəcəyik”. (apa)
“İran Suriya ərazisinə raket zərbəsi endirməsi barədə Suriya hökuməti qabaqcadan məlumatlandırılıb. Bu, Tehranda baş vermiş son terror hücumuna qətiyyətli cavab idi”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap