header

 İsrailin yəmənli uşaqlar üzərində həyata keçirdiyi dəhşətli tibbi təcrübələr - Rəsmi

İsrail parlamentinin xüsusi komitəsi İsrailin qurulduğu ilk illərdə qaçırılan yəmənli uşaqlar üzərində tibbi sınaqların keçirildiyini açıqlayıb

İsrailin qurulduğu ilk illərdə qaçırılan yəmənli uşaqlar üzərində tibbi sınaqların keçirildiyi fotolarla sübut olunub. JerusalemOnline- da yayımlanan bu xəbərdə fotolar dəhşət doğurur. İllərlə şahidlərin dedikləri ara-sıra mətbuatda yer alsa da buna dair heç bir mövqe ortaya qoyulmurdu. Digər tərəfdən də Yəmən başda olmaqla Yaxın Şərq və Balkan ölkələrindən qaçırılan uşaqlar mediada gündəm olurdu. 

 

Qaçırılan uşaqların yəmənli mizarahilərdən olduğu təsdiqlənən fotolarda həkimlərin necə təcrübələr keçirdiyi aydın görünür. 

 

Fotoqraf: Israel Hayom/Channel 2 News

 

İsrael Hayom tərəfindən yayımlanan bu fotolarda uşaqların daxili orqanlarının üzərinə ibranicə sözlər yazılıb. 

 

 

İsrail parlamentinin xüsusi komitəsi ailələrinin icazəsi olmadan aparılan təcrübələrin sənədlərini əldə edib. Verilən ifadələrdə ən az 4 uşağın ölümünə səbəb olan təcrübələrdən və Rambam xəstəxanasından qaçırılan qız uşağından bəhs edilir. Sənədlərin birində Roş Hayindəki uşaq xəstəxanasının keçmiş rəhbəri həkim Georq Mendelin də ifadəsi var. İstintaqdan sonra Mendel bildirib ki, quru protein iynəsi vurulması tələb olunan  bir-iki təlimatı xatırlayıram. Nəticəsi yaxşı olmamışdı. 

 

Başqa bir sənəddə isə yəmənli uşaqlar üzərində aparılan təcrübələri etiraf edib. "Valideynlərin icazəsini istəməyə ehtiyac yox idi" deyən Mendel üstündə təcrübə keçirilən uşaqların müxtəlif səbəblərlə öldüyünü deyib. 

 

Həmin uşaqların ailələri bu cinayətlərin İsrailin etiraf etməsini dilə gətirdikdən sonra İsrail bu məsələyə dair 200 min sənəd yayımlayıb. 

İsrail parlamentinin xüsusi komitəsi İsrailin qurulduğu ilk illərdə qaçırılan yəmənli uşaqlar üzərində tibbi sınaqların keçirildiyini açıqlayıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap