header

 Azərilərin Qədr gecələrində əzəmətli yığıncağı, Ərdəbildən tutmuş Bakıya qədər

Bu yığıncaqlar Azərilərin real kimliyinin təzahürüdür

Tashaio.com-Azərilərin dünyanın ən ucqar nöqtələrində, o cümlədən Təbriz, Ərdəbil, Bakı və s. şəhərlərdə izdihamlı yığıncağı islam düşmənlərinin bir çox hesablamalarını qarışdırmışdır. Islam düşmənlərinin xüsusilə Azərbaycan respublikasında geniş dinə zidd və anti-islam təbliğatları aparmalarına rəğmən müsəlmanlar Qədr gecəsi mərasimlərində kütləvi şəkildə iştirak etmişlər. Əslində Azərilərin həqiqi kimliyini göstərən bu yığıncaqlar aşağıdakı incəlikləri ehtiva edir:

a) Yığıncaqlar göstərmişdir ki, Azərbaycan əhalisini əhlibeytdən ayırmaq olmaz. Təzyiq artdıqca əks nəticə ilə qarşılaşacaqlar. Buna görə də hökumət bu vəziyyətdən istifadə etməli onlara mane olmaqdansa onları himayə etməli və öz xeyrinə yönəltməlidir. Türkiyədə və digər ölkələrdə də belədir. Mütləq çoxluğu müsəlman və 80 faizi əhlibeyt məzhəbinə tabe olan bir ölkədə məlumdur ki, bu çoxluğun din və məzhəbinə laqeyd qalmaq yaxşı olmazdı və əhali və cəmiyyət üçün çoxlu mənfi nəticələrə səbəb ola bilər. Məlumdur ki, hər bir ölkə öz iradəsilə siyasi sistemini müəyyənləşdirir. Lakin bunun, çoxluğun məzhəbinə diqqət yetirməklə heç bir ziddiyyəti yoxdur. Azərbaycan respublikası kimi bir ölkədə isə islam, müsəlmançılıq, mütərəqqi, insan yetirən və səadət gətirən bir məktəb hörmətlə yanaşılsa daha yaxşıdır. Şübhəsiz ki, çoxluq təşkil edən əhalinin dini əqidəsinə hörmət etmək və hətta onu rəvac vermək demokratiya prinsipeallaığıdır. Demokratiyanın əsaslarına və prinsiplərinə ikili yanaşmaq olmaz.

b)Azərilərin kimliyinə gəldikdə isə bu kimlik Aşura, Qədir, nəbəvi, ələvi, Hüseynçi və bir sözlə islami kimlikdir. Azərilər ilk növbədə müsəlman sonra isə Azəridirlər. Sionist amilləri və Fazil Müstafa kimi şəxslərin Aəzidillilərin dinçi kimliyini aradan aparmaq, millətçi, panazərizm və digər bu kimi yayınmış təfəkkürləri tərvic etmək cəhdi dibəkdə su döymək kimidir. Bu yığıncaqlar aydıncasına göstərmişdir ki, dinçilik Azəri kimliyinin ayrılmaz hissəsidir. Azərbaycan kimlik baxımından həmişə dindən kənar və pantürkizm və panazərizm kimi müsəmləkəçilik məktəbləri ilə ziddiyyətdə olmuşdur. Demək Azərbaycan öz tarixi, əsil, təbii, islami və humanitar kimliyini qoruduğu təqdirdə saxta, yeni quraşdırılmış və müstəmləkəçilik kimliyi olan millətçi və pantürkist istilası mümkün olmayacaqdır.

Bu yığıncaqlar Azərilərin real kimliyinin təzahürüdür
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap