Popolizm və xalqı aldatmaq Azərbaycan prezidentinin yeni hiləsidir
Posted on : Video 10/16/2017 1:00:28 PM
Azərbaycan prezidenti anti-islam siyasəti aparır.
Tashaio.com-Hilə və camaatı aldatmaq qüdrət sahiblərinin tarix boyu
apardığı siyasət olmuşdur. Islam tarixində Bəni-Üməyyə və Bəni-Abbas hakimiyyəti
öz hədəflərinə çatmaq üçün həmin siyasətdən istifadə edirdilər. Belə ki, camaat
arasında siyasətin “yalan”, “aldanış”, “kələk” və “hilə” mənasında olduğunu
yayırdılar. Bu fikirdən belə çıxır ki, siyasətçilər bütün cəmiyyətlərdə belə
davranırdılar. Buna görə də bu və digər cəmiyyətlərdə camaat və ziyalılar etik
və social bəlalardan amanda qalmaq üçün siyasətdən ozaqlaşır və onun xeyrindən
vaz keçirdilər. Hətta din elmləri hövzələrində islamın siyasi din olduğuna rəğmən
din alimləri siyasət dünyasının bəlalarından Amanda qalmaq üçün siyasətə
qarışmır, başqalarını da bu işdən çəkindirirdilər. Siyasətçilər haqqındakı
konsepsiya da belə idi. Daha çox hilə və kələkləri bacaran adam daha məharətli
siyasətçihesab olunurdu. Bunun əksinə olaraq çirklənməkdən çəkinən və etik
prinsiplərinə bağlı olan adam “siyasətsiz hesab olunurdu. Əmirəlmöminin Əli (ə)-ın
məşhur bir sözü vardır: “Müaviyə məndən daha siyasət bacaran və daha zirəng
deyildir, o, hiləgər bir adamdır”. Bu söz camaat arsında olan yanlış siyasət
konsepsiyasına bir cavab idi. Camaat belə təsəvvür edirdi ki, müxtəlif hilələrlə
irəliləyən və zahirən uğurlu olan Müaviyə daha bacarıqlı siyasətçidir. Müəyyən
prinsiplərə bağlı olan və onları öz hədəflərinə çatmaq və iqtidarını davam
etdirmək üçün ayaqlamağa hazır olmayan Əmirəlmöminin isə guya siyasətdən bir
şey bilmirdi! Siyasət haqqındakı bu təsəvvür onu göstərir ki, ta qədim dövrlərdən
siyasət hilə ilə yanaşı olmuş və siyasətçilər hilə ilə öz işlərini qabağa
aparırdılar. Günümüzdə də qlobal səviyyədə iqtidar sahibləri həmin yolu gedir
popolizm və kələklə millətlərin taleyi ilə oynayırlar. Zahirən insan hüququnu
müdafiə edən təşkilatlar, demokratiya və xalqa zahiri ürəkyandırma yolu ilə
onları aldadırlar. Azərbaycan respublikasında da popolizm dövlət adamlarının ənənəvi
metodudur. Məsulların ziddiyətli davranışlarına ötəri baxmaq bu mğvzunu sübut
edir. Məsələn azərbaycan prezidenti son vaxtlar Cocuqmərcanlı kəndində bir məscid
tikilməsi əmrini vermişdir. Lakin neçə gün bundan əvvəl hicab müdafeyi dustaqı
olan Dr. Səmədovun qorxulu Qobustan həbsxanasına köçürülməsinə dair əmr
vermişdir. Yaxud bir tərəfdən özünü islam ölkələrinin bir hissəsi hesab edir
digər tərəfdən isə Quranın hicabdan tutdu hemoseksuallığa qədər digər ilahi
qanunları ölkə məsulları və sionist amilləri tərəfəndən ayaqlanır və dövlət
adamları islam və müsəlmanların ən böyük düşməni, Amerika və İsraillə ən geniş
siyasi, təhlükəsizlik və iqtisadi əlaqəyə malikdirlər. Nəhayət həmin düşmənlərin
əmri ilə Azərbaycanın ən yaxşı gəncləri həbsə alınırlar. Indi islə belə bir
sual vermək olar ki, görəsən islam və Quran ehkamını ayaqlayan, islamın ən
böyük düşməninin ayağı altına qırmızı xalça döşəyənlər məscid düzəltmək və həccə
getməklə müslmançılıq iddiasında ola bilərlərmi? Tarix göstərir ki, bəzi məqamlarda
islamın ən böyük düşmənləri belə məscid tikmişlər. Lakin məscidin zülmə qarşı
mübarizədə oynadığı social rolunun qarşısını almışlar. Əslində isə populist
davranışlarla müsəlman əzizliyinə əl tapmaq olmaz. Həssas və təyinedici məqamlarda
insanlar öz real kimliklərini büruzə verir. Özünün və şiə ölkəsinin bütün şərəfini
islam düşmənlərilə sövdələşən və islam düşmənlərilə beynəlxalq səviyyədə ən çox
əməkdaşlıq edən özünü ədalətpərvər və insan yetirən islam məktəbinə tabe hesab
edə və islam dünyasının bir hisəsi kimi təqdim edə bilərmi? Sionizmə bağlı qüvvələrin
yardımı ilə Azərbaycan respublikasında Bəni-Üməyyə xəlifələrinin ənənələrini bərpa
edən və islam hədəflərinin əks istiqamətində hərəkət edən şəxs islam, islam
dünyası və islami kimlik haqqında danışa bilərmi? Islama sadiq qalmağın (Azərbaycan
respublikası prezidentinin iddia etdiyi) meyari populist təşəbbüslər deyil söz
və əməl birliyidir.