Qətərin sabiq baş naziri Suriyadakı yanlışlar, İran mövzusu və geri qayıdan terrorçulardan danışıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Qətərin eks baş naziri Həmd bin Casim bin Cabir Ali-Sani müsahibəsi zamanı maraqlı mövzulara toxunub
Qətərin eks baş naziri ABŞ-la birgə Suriyada səhvə yol
verdiklərini etiraf edib.
ABŞ və Fars körfəzi ölkələrinin Suriyada yanlışlığa yol
verdiklərini deyən Həmd bin Casim bin Cabir Ali-Sani bildirib: “Suriyada biz
hamımız, hətta Amerika belə yanlışlığa yol verdi. Zaman keçdikcə anladıq ki,
Suriyada dəstək verdiyimiz qrupların ağlında fərqli planlar mövcuddur. Onlarin
Suriyada olmasını istəmədik və bir-bir aradan aparmaq qərarına gəldik. ABŞ-ın
özü də yanlış qruplara dəstək verdi və bir müddətdən sonra onlar da öz dəstəklərini
dayandırdılar. Terrorçuların Suriyada işləri qutaran kimi bizə tərəf gələcəklər.
Bu tam təbii haldır. Biz özümüz də təhlükə altındayıq.”
İranla əlaqələrindən söz açan Həmd bin Casim “Ərəb ölkələrinin bizimlə əlaqələrini kəsməsindən
şok olduq. Ölkəmizin əmiri Riyadda təşkil olunan konfransa getmişdi və fikrimcə
ABŞ prezidentiylə də müsbət görüş keçirmişdilər. Bu ölkələr bizi İranla xüsusi əlaqələrdə
ittiham edirlər. İranla ticari əlaqələr baxımından Qətərin digər Fars körfəzlərinə
olan nisbəti 1000 dəfə daha azdır. Hətta Suriya məsələsində də iki ölkə
arasında fikir ayrılıqları mövcuddur. Bəli, bütün bunlara baxmayaraq biz yenə də
İranla müsbət əlaqələr qurmağa çalışırıq. Çünki bu ölkə bizim qonşumuzdur.”,
-deyə əlavə edib.