header

 Rusiya İŞİD lideri əl-Bağdadinin mümkün ölümü barədə məlumat verib

Nazirliyin məlumatına görə, məhv edilənlər arasında, həmçinin Raqqa əmiri Əbu əl-Hacı əl-Misri, əmir İbrahim Eən-Naif əl-Həcc və İŞİD-in təhlükəsizlik işlərinə baxan Suleyman əl-Şauah da olub

 Rusiyanın Müdafiə Nazirliyi İŞİD terror təşkilatının başçısı İbrahim Əbubəkr Bağdadinin may ayının axırında Rusiya aviasiyasının Raqqanın cənub ətrafına endirdiyi hava zərbələri nəticəsində ölümü barədə məlumatı araşdırır.

 

Hava zərbəsi mayın 28-nə keçən gecə İŞİD-in komanda məntəqəsinə endirilib. Məlumata görə həmin məntəqədə İŞİD liderləri Raqqadan cənub dəhlizi üzrə çıxış marşrutlarını müzakirə edirdilər.

 

"Müxtəlif kanallar vasitəsilə yoxlanılan məlumata görə, müşavirədə İŞİD lideri İbrahim əl Bağdadi də iştirak edirdi ki, zərbə nəticəsində məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, məhv edilənlər arasında, həmçinin Raqqa əmiri Əbu əl-Hacı əl-Misri, əmir İbrahim Eən-Naif əl-Həcc və İŞİD-in təhlükəsizlik işlərinə baxan Suleyman əl-Şauah da olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap