header

 Səudiyyəlilər Terrorçuları maliyələşdirir

İran İslam Respublikası təhlükəsizlik naziri dünən gecə ölkənin cənub şərqində yerləşən Sistan və Bəluçestan ostanında Çabahar şəhərində bir terror dəstəsinin məhv edildiyini bildirib

İRNA-nın verdiyi məlumata görə, Seyid Mahmud Ələvi deyib: İmam Zamanın(ƏC) adsız əsgərlərinin  Çabahar şəhərində həyata keçirdiyi anti-terror  əməliyyatlarında 2 terrorçu öldürülüb beşi də həbs edilib. 

İİR təhlükəsizlik naziri deyib: Bu əməliyyatda İmam Zamanın(əc) adsız əsgərlərindən biri yüksək şəhadət dərəcəsinə nail olub. 

Ələvi dünən ölkənin qərbində Kürdüstan ostanında da bir terror dəstəsinin müəyyənləşdirilərək məhv edilməsindən xəbər verib. 

İİR təhlükəsizlik naziri Səudiyyə Ərəbistanının terrorçu dəstələri maliyyələşdirdiyini bildirərək deyib: Qonşu ölkələr tərəfindən çoxlu sayda muzdlu İranda terror əməliyyatı törətmək üçün fəaliyyətə cəlb edilib. 

Ələvi deyib: Çabaharda həbs edilən 5 terrorçudan ikisi qonşu ölklələrdən birinin vətəndaşıdır. 

Ötən çərşənbə günü terrorçu İŞİD qrupunun ünsürlərinin Tehranda İslami Şura Məclisi və İmam Xomeyninin(r.ə) məqbərəsinə qarşı terror hücumlarında 17 nəfər şəhid oldu onlarla adam yaralandı. 

İran İslam Respublikası təhlükəsizlik naziri dünən gecə ölkənin cənub şərqində yerləşən Sistan və Bəluçestan ostanında Çabahar şəhərində bir terror dəstəsinin məhv edildiyini bildirib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap