İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə Həzrət Fatimə Zəhranın(s.ə) matəmmərasimi keçirilib - Foto
Posted on : iran 10/16/2017 1:00:24 PM
Tehranda İmam Xomeyni(r.ə) adına hüseyniyyədə İslam İnqilabının Böyük Rəhbərinin, qanunvericilik və ədliyyə aparatlarının sədrləri, bir sıra dövlət rəsmisi və xalq kütlələrinin iştirakı ilə həzrət Fatimeyi Zəhranın(s.ə) şəhadəti münasibəti ilə matəm mərasimlərinin ilk gecəsi qeyd olunub.
İslam
İnqilabının Böyük Rəhbərinin ofisinin internet portalının verdiyi məlumata görə,
bu mərasimdə höccətül-islam vəlmüslimin Sediqi Həzrət Fatimə Zəhranın(s.ə) fəzilətləri
və mənəvi mövqeyinin bəşərin dərkindən daha üstün olduğunu bildirib, o həzrətin
Fədəkiyyə xütbəsindən bəzi hissələrə toxunaraq deyib: Əhli-beytə(s.ə) itaət müsəlman
cəmiyyətdə əsas prinsip olaraq ədalət və vəhdətə gətirib çıxaracaqdır.
Mərasimdə əhli-beyt(ə)
məddahları imamların anası həzrət Seddiqə Kübranın(s.ə) matəmində mərsiyələr
oxuyublar.
Həzrət Fatimeyi
Zəhranın(s.ə) şəhadəti günləri fevralın 27-dən martın 3-dək 5 gecə müddətində
axşam namazından sonra Tehranın imam Xomeyni(r.ə) adına Hüseyniyyəsində
keçirilməkdədir.
2017-ci il
martın ikisi, 1438-ci hicri qəməri ili cəmadiüssani ayının 3-ü müəyyən rəvayətlərə
görə böyük islam peyğəmbəri həzrət Məhəmməd Müstafanın(s.ə) əziz qızı, şiələrin
birinci imamı Əmirəl-möminin Əlinin(ə) həyat yoldaşı həzrət Fatimeyi Zəhranın(s.ə)
şəhadətinin ildönümü gününə təsadüf edir.
Başqa rəvayətə
görə Həzrət Fatimeyi Zəhra(s.ə) cəmadiül-əvvəl ayının 13-ü, digər rəvayətə görə
isə cəmadiüssani ayının 11-də şəhid edilmişdir.