Bu gecə ikincii əhya gecəsidir (Qədr gecəsinin əməlləri)
Posted on : Əqidələr 10/16/2017 1:00:10 PM
Bu gecə ehtimal olunan Qədr gecədir, əhya saxlamaq və Qədr gecəsinin əməllərini etmək lazımdır
Tashaio.com əhya gecəsinin əməllərini təqdim edir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət edilməlidir: “Əhya
gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər
oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq
deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər
oyaq qalıb onu qarşılayıram”.
3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan
öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan
yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm
və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm”. islamazeri.az
4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın
böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə
sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi
iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah)
surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə
halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir. İmam Sadiq (ə)
buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə
və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının
günahlarını bağışlayar”. islamazeri.az
5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların
(ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət
istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı
başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib
kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və
onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğəmbər (s) buyurur:
“Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı
arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”.
(Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə
aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə
vasil olar.) Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası
budur ki: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə
edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”. Quranı baş üzərinə qoyub
dua etməyin qaydası: islamazeri.az
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: Əllahummə inni əsəlukə
bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma
yuxafu və yurca ən təcələni min utəqaikə minən-nar. Əllahummə bihəqqi hazəl-Quran
və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə
ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə
de:
1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (ə) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə) (10 dəfə) islamazeri.az
12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Hüccəti (ə.f) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar
qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir.
Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6) İmam Əli (ə) ziyarətnaməsini oxumaq.
7) 100 rükət (sübh namazı kimi) müstəhəbi namaz qılmaq.
(Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun
savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza
namazını qılmış olar.)
8) Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək.
(Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.)
9) Cövşən-kəbir duasını oxumaq.
10) Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq.
Yüz dəfə “Əllahummələn qətələtə Əmiril-möminin.” (Yəni:
“İlahi, Əlinin (ə) qatillərinə lənət et”).
11) Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və
tövbə etmək.
Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan
peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: “Ey Allahım,
bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə
tabe olacaq və bir daha günah etməyəcəyəm” Allah qəbul etsin!
12. İmam Hüseyn ziyarətnaməsi islamazeri.az
Oxunuş qaydası: Əssəlamu əleykə yəbnə Rəsuləllah, əssəlamu əleykə
yəbnə Əmirəl-muminin, əssəlamu əleykə yəbnəs Siddiqəti Tahirəti Fatimə Seyyidəti-nisail-aləmin,
əssəlamu əleykə ya məulaya ya Əba Əbdillah və rəhmətullahi və bərəkətuh. Əşhədu
ənnəkə qəd əqəmtəs-səlah və əteytəz-zəkah və əmərtə bil-məruf və nəhəytə ənil
munkər və təlautəl-Kitabə həqqə tilavətih və cahədtə fillahi həqqə cihadih və səbərtə
ələl-əza fi cənbihi muhtəsibən hətta ətakəl-yəqin. Əşhədu ənnəl-ləzinə xaləfukə
və harəbukə vəl-ləzinə xəzəlukə vəl-ləzinə qətəlukə məl-ununə əla lisanin-Nəbiyyi-ummi
və qəd xabə məniftəra ləənallahuz-zaliminə ləkum minəl əvvəlinə vəl-axirin və
za-əfəl əleyhimul əzabəl-əlim. Əteytukə ya Məulayə yəbnə Rəsulillah zairən,
arifən bi həqqik, muvaliyən li əuliyaik, muadiyən li ə-daik, mustəbsirən
bil-hudəlləzi əntə əleyhi arifən bi zəlaləti mən xaləfəkə fəşfə-li ində Rəbbik.
Tərcümə: Salam olsun sənə, ey Peyğəmbər oğlu. Salam olsun sənə,
ey Möminlər sərvərinin (Əlinin) oğlu. Salam olsun sənə, ey qadınlar sərvəri ...
Fatimənin oğlu. Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, mənim mövlam
Əba Əbdillah. Mən şahidəm ki, sən namazı dirçəltdin, zəkatı əda etdin, gözəlliklərə
dəvət etdin, pisliklərdən çəkindirdin, Quranı həqiqi tilavəti ilə tilavət
etdin, Allah yolunda həqiqi cihadla cihad etdin, Allaha xatir əzab-əziyyətə səbr...
etdin ta ki, ölüm sənə üz tutdu. Mən şahidəm ki, sənə müxalif olanlar, səninlə
savaşanlar, sənə yardım etməyənlər, səni qətlə yetirənlər... Peyğəmbərin lənət
oxuduğu kəslərdir... Allah sizə zülm edənlərin birincisindən axrıncısına qədər
hamısına lənət eləsin. Ey mənim ağam, ey Peyğəmbər balası! Sənin haqqını
tanıdığım, dostlarınla dost, düşmənlərinlə düşmən olduğum bir halda ziyarətinə
gəldim. Mənə Rəbbinin yanında şəfaət ver.
13. Əli Əkbər ağanın ziyarətnaməsi islamazeri.az
Əssəlamu əleykə ya məulayə vəbnə məulay və rəhmətullahi və bərəkətuh.
Ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə əleyhim əl-əzabəl-əlim
Tərcümə: Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun,
ey ağamın oğlu olan ağam. Allahın lənəti olsun sənə zülm edən və səni qətlə
yetirənlərə. Allah onların əzablarını artırsın.
14. Kərbəla şəhidlərinin ziyarətnaməsi
Əssəlamu əleykum eyyuhəs-siddiqun, əssəlamu əleykum eyyuhəş-şuhədaus-sabirun,
əşhədu ənnəkum cahədtə fi səbilillah və səbərtum əlal-əza fi cənbillah və nəsəhtum
lillah və li Rasulihi hətta ətakumul-yəqin. Əşhədu ənnəkum əhyəun ində Rabbikum
turzəqun, fəcəzakumullahu ənil İslam və əhlihi əfzələ cəzail-muhsinin, və cəmə-ə
bəynəna və bəynəkum fi məhəllin-nəim
Tərcümə: Salam olsun Sizə, ey ən düz danışanlar! Salam olsun
Sizə, ey səbirli şəhidlər! Şahidəm ki, Siz Allah yolunda cihad etdiz, Allah
yolunda əziyyətlərə səbr etdiz və ölüm Sizə üz tutmayınca Allaha və Peyğəmbərinə
yaxşılıq etdiz. Şahidəm ki, Siz dirisiniz və Rəbbiniz yanında ruzidən
faydalanırsız. Allah Sizə İslam və onun əhli üzündən xeyirxahların ən üstün
mükafatını versin. Allah bizi və Sizi naz-nemət məkanında bir araya gətirsin.
14. Həzrət Əbəlfəzlin (ə) ziyarəti:
[Əssəlamu əleykə yəbnə Əmirəl-mu-minin, əssəlamu əleykə
eyyuhəl-əbdus-salih əl muti-u lillah və lirəsulih. Əşhədu ənnəkə qəd nəsəhtə və
səbərtə hətta ətakəl yəqin. Ləənallahu zaliminə ləkum minəl əvvəlinə vəl axirin
vəl-həqəhum bi dərkil-cəhim
Tərcümə: Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu.
Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şahidəm ki,
sən ölənə qədər xeyir iş gördün və səbr etdin. Allah Sizə zülm edənlərin
birincisindən axrıncısına qədər lənət eləsin və onları cəhənnəmə bağlasın.