header

 Oruc tutmaq xərçəng riskini azaldır – Professordan məsləhətlər

Sağlam, gənc görünmək, uzun ömür hər kəsin xəyalıdır. Bunun üçün illərdir, fərqli üsullar həyata keçirilir, müxtəlif preparatlardan istifadə edilir. Son dövrlərdə isə, elm adamları “ən başa” dönür

Ata-babalarımızın yaşayış tərzinin yaradılışımıza uyğun olduğunu düşünüb, ona yönəlik təkliflər irəli sürən təbiblər də var.
 
Təsadüfi deyil ki, Türkiyənin tanınmış həkimi, İstanbul Tibb Fakültəsi Daxili Orqan xəstəlikləri üzrə mütəxəssis, professor Osman Erk özünün “Sağlamlığın yenidən kəşfi” kitabında tarix boyu ata-babalarımızın yaşayış tərzinin nə cür olması, onların uzunömürlü həyat sürməsinin nədən qaynaqlanmasına aydınlıq gətirib.
 
Professorun bildirdiyinə görə, uzun və sağlam ömrün sirri insanın 13-16 saat ac qalmasındadır. Onun sözlərinə görə, qaraciyər, mədə, öd kisəsi kimi daxili orqanların dinlənməsi üçün zaman-zaman ac qalmaq lazımdır. Aclıq vücudun özünün yağ yandırma qabiliyyətini hərəkətə keçirir. Əsrlər boyu dədə-babalarımız da bu yoldan istifadə ediblər. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan əcdadlarımız, o qədər də tez-tez yemək yemirdilər.
 
Aclıq zamanı vücud öz-özünün sadə dillə desək, təmirçisi olur. Belə ki, insulinin səviyyəsi azalır, bədəndə 30 yaş arası olan böyümə hormonu ifraz olunur. Yaşlanma genləri bağlanır, gənclik genləri isə aktiv olmağa başlayır.
 
Oruc tutmaq xərçəngə səbəb olan geni qapadır
O.Erk bildirib ki, oruc tutmaq insanlarda xərçəngə səbəb olan genləri qapadır. Bunun ilk səbəbi kimi, insan oruc tutan zaman siqaret, spirtli içkilər kimi zərərli faktorlardan uzaq durur. Bu da insanlarda xərçəng riskini minimuma salır.
 
Bundan başqa, iftar və imsaq zamanı insanların balanslı və az qidalanması bədəndə olan gənclik genlərinin aktivləşməsinə, yaşlanmağa nəzarət edən yaşlılıq genlərinin qapadılmasına səbəb olur.
 
İnsan oruc tutan zaman bədənində oan 500-ə yaxın xərçəngə səbəb ola bilən gen bağlanır. Bu isə, dünya elminə məlumdur və dəfələrlə elmi konfranslarda isbat edilib.
 
Digər tərəfdən isə, aclıq zamanı bədən öz-özündə olan yağları yandırır və nəticədə köhnəlmiş, yaşlanmış hüceyrələr bədəndən xaric edilir. Bu hüceyrələrin yerinə yeni, sağlam hüceyrələr əmələ gəlir.
 
Bəs iftar və imsaqda necə qidalanmaq lazımdır?
Professorun sözlərinə görə, uzun müddət ac qaldıqdan sonra sağlıqlı və qədərində qidalanma əsas şərtdir. İftarda bir stəkan su və ən çox iki ədəd xurma, göbələk şorbası, zeytun yağı ilə bişirilmiş ət və paxlalı bitkilər yemək daha məqsədəuyğundur.
 
İmsaqda isə, tərəvəz şorbası, iki ədəd kənd yumurtası, bir dilim duzsuz pendir (duzlu olmamağı ondan irəli gəlir ki, gün boyu maye qəbulu olmadığı üçün, bu insanda saatlar keçdikcə susuzluq yarada bilər), mövsümi tərəvəzlər yemək lazımdır.
Sağlam, gənc görünmək, uzun ömür hər kəsin xəyalıdır. Bunun üçün illərdir, fərqli üsullar həyata keçirilir, müxtəlif preparatlardan istifadə edilir. Son dövrlərdə isə, elm adamları “ən başa” dönür
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap