Ərdoğanın xəbisliyi və onun cavabı. Birinci hissə.
Posted on : Video 10/16/2017 1:00:26 PM
Ərdoğan anti-İran adı ilə əimmələr hərəminin müdafiəçilərinə qarşı düşmənçilik və sionistlərə nökərlik edir.
Tashaio.com xəbər verir ki, Türkiyə prezidenti son vaxtlar ixtilaftörədici sözlərlə İranı regionda və xüsusilə İraq və Suriyada millətçilik siyasətini rəvac verməkdə ittiham etmişdir.
R. T. Ərdoğan Qətərin vahabi kanalı Əlcəzirənin
“bilahüdud” proqramında (bu kanal vahabi terrorçularını dəstəkləyir) Suriyanın
parçalamasına yol verməyəciyik deyə iddia etmişdir ki, İran regionda və xüsusilə
İraqda ekspansiya və millətçilik siyasətini gündəmə gətirmişdir. O, bu müsahibədə
açıqlamışdır ki, “İran İraqda Həşdüşşəbi qruplaşmasını dəstəkləyir? İraq
parlamenti də terroçu!!! təşkilat olan bu qrupu himayə edir”. O, həmçinin sözlərinin
digər hissəsində demişdir: “İran region ölkələrinə nüfuz etməklə müqavimət oxu
yaratmaq istəyir”. Bundan əvvəl aprel ayında da Ərdoğan sionist –vahabi planına
əsasən Türkiyənin NTV kanalına verdiyi müsahibədə demişdi: “İran regionda və
xüsusilə İraqda millətçiliyə əsaslanan ekspansiya ardındadır və bu işi məzhəb bəhanəsilə
görür. Lakin unutmamalıyıq ki, İranda Azərbaycan türkləri də vardır”.
Terrorçuların və
o cümlədən diktator Ərdoğanın tərəfindən deyilən bu kimi təfriqəçi və xəbis
sözlərin mahiyyəti region və dünya əhalisi üçün məlum olsa da, Ərdoğanın bəzi
yalanlarına icmal şıkildə cavab verməyə və bu sualı cavablandırmağa çalışacağıq
ki, İran Türkiyənin və terrorçuları müdafiə edən digər ölkələrin hansı
hesablamalarını pozmuşdur ki, president tərəfindən belə bir ittihamlar irəli
sürülür?
- Ərdoğanın birinci ittihamı: İranın İraqda Həşdüşşəbi adı ilə millətçi qüvvələr yaratmağa çalışması. Artıq Türkiyə, Ərəbistan və ABŞ kmi ölkələrin nigərançılığına səbəb olan Həşdüşşəbi qrupu hansı mahiyyəti daşıyır? Görəsən bu qrup İraqdan kənar və İran vasitəsilə bu ölkəyə aparılmış mübarizlərdir, yoxsa öz vətənlərini müdafiə edən İraq əhalisindən yaranmışdır? Bəri başdan qeyd etmək lazımdır ki, təhlükəsiz qüvvələri ilə birgə gedən döyüşlərdə döyüş xəttini bir çox hallarda sıdıran həmin könüllülərdir ki, onların bu bacarəğı küçə döyüşü təcrübəsindən irəli gəlir. İraqın könüllülərdən ibarət qüvvələri şiələrin ali mərtəbəli mərcəyi ayətüllah Sistaninin kəfai cihad fətvası nəyicəsində yaranmışdır. Bu fətva İŞİD-in İraqın əsas rayonlarında talançılıq etməsi zamanı verilmişdir. İraq könüllüləri adı ilə tanınan xalq könüllüləri (Həşdüşşəbi) ordu ilə birlikdə və İŞİD-ə qarşı mübarizə aparmaq üçün təşkilatlanmış milisiya qüvvələridir. Bu qüvvə təqribən 40 dəstədən ibarətdir ki, əsasən şiə qruplarıdır. Lakin onların içində sünni, xristian və İzədilər qrupları da vardır. Şiə qrupların bir çoxu qabaqca İraqda koalisiya və xüsusilə Amerikaya qarşı müstəqil şəkildə mübarizə aparırdılar. Yəni, qabaqca İraqda fəaliyyət göstərir və vətən uğrunda döyüşürdülər. 2014-cü ildə və Musolun iyunun beşində İŞİD-in əlinə keçməsilə ayətüllah Sistanının fətvası nəticəsində bu qüvvə yarandı. Bu qüvvənin yaranmasından məqsəd İraq ordusu və təhlükəsizlik qüvvələrinə məzhəbi binaları və xüsusilə məsum əimmələrinin pak qəbirlərini qorumaqda və terror aktlarına qarşı kömək etmək idi. İraqın baş naziri Heydər İbadi 2015-ci ilin sentiyabr ayında həşdüşşəbi qüvvələrinin hökumət qüvvələrinin bir hissəsi olduğunu bildirdi. Hal hazırda həmin qüvvələr daxili işlər nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Demək İraq dövlətinin özü həmin qüvvələri qanuniləşdirmişdir. Könüllülər briqadasının strukturu və hərbi qüvvələrinin əsas hissəsi İraq şiələrindən ibarətdir. Sonralar isə Səlahəddin, Neynəva və Ənbar əyalətlərinin sünni köçərilərindən bir tedadı, eləcə də Fili və xristianlar da ona qoşulmuşlar. Könüllülər briqadası Cərfüssəxr, Amirli, Əzzəluiyyə, Bələd, Diyali, Əldur, Ələləm, Əlbağdadi, Təkrit və Əl-Ənbar rayonlarının azad edilməsində iştirak etmişlər. İraq könüllülər briqadasının komanderi Əbumehdi Əlmühəndisdir.
O, qabaqlar
Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqda olduğu zaman bu qüvvələrə
qarşı hərbi fəaliyyətdə olduğuna görə dünyanın neçə qorxulu terrorçuları
siyahısında yerləşdirilmişdir!!! Bu, necə deyərlər qorxulu terrorçu İraqın
daxili və qanuni qüvvələri ilə birlikdə İŞİD və regionun digər qaniçən
terrorçuları qarşısında öz xalqının müdafiəsi ilə məşğuldur. Beləliklə könüllülər
briqadası İraqın mənafeyi istiqamətində və terrorçuların bu ölkəyə girişinin
qarşısını almaq üçün yaranmış və Ərdoğanın özünün dediyi kimi İraq
parlamentinin özü də bu qrupu himayə edir və İraq dövləti onların fəaliyyətini
qanuniləşdirmişdir. Beləliklə Ərdoğanın çirkin hədəf üçün, o cümlədən qərb-sionist
siyasəti istiqamətində islam ölkələri arasında ixtilaf yaratmaq, İraqın daxili
işlərinə müdaxilə etmək, Amerikanın bu ölkədəki maraqlarını təmin etmək və
sionistlərin və vahabilərin tapşırığı ilə müqavimət oxunu zəiflətmək üçün
deyilir.
- Ərdoğanın digər
ittihamı: İran, şiələri himayə etmək fikrindədir və bu ölkə üçün məzhəb dindən
daha əhəmiyyətlidir.
Bu məsələni rədd
edən böyük bir missal İranın uzun illər boyu məzlum Fələstin xalqını himayə etməsidir.
Fələstin xalqını himayə etmək və sionist rejimi ilə düşmənçilik islam
inqilabından sonra İran islam respublikasının xarici siyasətlərinin əsaslarından
biri olmuşdur. Regionun bir çox dövlətləri, o cümlədən Türkiyə və Azərbaycan
respublikasının dövlət adamları qəsbkar İsrail rejimi ilə təhlükəsizlik, siyasi
və ticari görüşlər keçirərkən və sionistlərdən külli məbləğdə pul alarkən İran
rəsmiləri Fələstin xalqının hüquqlarını vurğulayır və Fələstin xalqını himayə
edirdilər. Hər çənd İranın bu mövqeyi haqqında çoxlu təhlillər və əsaslandırmalar
irəli sürülmüşdür, lakin İran islam respublikasının Fələstin xalqını himayə etməsinin
əsas səbəbi İran islam respublikası rəhbərinin 2012-ci ildə azadələrlə görüşü
zamanı işarə etdiyi mövzudur: “Fələstin məsələsi islam respublikası üçün
taktika deyil, əsasdır, islam etiqadından irəli gəlir. Bizim vəzifəmiz bu islam
ölkəsini qəsbkar qüdrətin və onun beynəlxalq himayədarlarının istila və
caynağından çıxarmaq və Fələstin xalqına verməkdir. Bu, din borcumuzdur, bütün
müsəlmanların borcudur. Bütün islam millətləri, bütün islam dövlətləri bu işi
görməlidirlər. Bu, islami bir vəzifədir”.
Islam dininin
anti-imperializm prinsipi kafir bir dövlətin müsəlman bir dövlətin istila etməsinə
yol vermir. Müsəlmanlar kafirlərin istilasında olmamalıdır. “nəfyi-səbil” adlı
fiqhi bir qayda islamın bu prinsipini daha da gücləndirir. Islam meyarlarına əsasən
islam dövləti imperialistlərin təşəbbüslərinə və zülmünə laqeyd qala bilməz.
İmperialistlərin qarşısında müstəzəfləri müdafiə etməyi öz vəzifəsi hesab edir.
Eləcə də İran konstitusiyasında ədalətpərvərlik də yerəşdirilmişdir və bu ölkənin
xarici siaysətinin əsası həmin konstitusiyadır. Buna görə də müsəlmanları (məzhəblərini
nəzərə almadan) və müstəzəfləri himayə etməyə aid bir çox hallarda İran islam
respublikasının vəzifəsidir.