Həşdüş-Şəəbi Ərdoğana cavab verdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
İraqda Xalq Səfərbər Qüvvələrinin sözçüsü Kərim Nuri heç kimin İraqın daxili məsələlərinə müdaxilə etməsinə icazənin verilməyəcəyini deyib.
İraqda Xalq Səfərbər
Qüvvələrinin sözçüsü Kərim Nuri əl-Məyadin televiziyası ilə müsahibədə Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın Tələfər haqda açıqlamasına (Ərdoğan: Tələfər
şəhərində əhalinin əksəriyyəti şiə və sünni türkmanlardır, xalq səfərbər qüvvvələrinin
bu şəhərdə müdaxiləsindən nigaranıq və bu hadisənin baş verməsinə icazə verməyəcəyik)
münasibət bildirib: Biz öz ölkəmizdə İŞİD-lə mübarizəyə qalxmışıq və bölgədə və
ya bölgədən kənarda bir sıra şəxslərin işimizə müdaxilə etməsinə icazə verməyəcəyik.
Kərim Nuri
deyib: Ərdoğan şiələr, sünnilər və türkmənlərdən təşkil olunan Xalq Səfərbər
Qüvvələrinin fəaliyyətindən nigaran olur. Halbuki İŞİD Tələfər şəhərinə daxil
olduğu zaman iyzədi, türkman və ərəb qız və qadınları cinsi qul götürəndə
nigaran olmadı. O reallıqdan qaçmaq istəyir və özünü Trampın qarşısında əsaslandırmağa
çalışır ki, Tram ona regionda əlavə rol oynamaq şəraiti yaratsın. Ərdoğan bu
gün qeyri-münasib psixi durumdadır. O İraq parlamentində təsdiqlənən Xalq Sərəbər
Qüvvələri təşkilatına dözə bilmir, hərbçilərini İraqın Bəşiqə bölgəsinə ezam
edir və izahat zamanı Türkiyə parlamentində belə müdaxiləni təsdiqlənməsindən
söz açır. Biz öz ərazilərimizdə mübarizə aparırq və heç kimin bizim daxili məsələlərimizə
müdaxilə etməsinə icazə verməyəcəyik, Türkmanlar da bizim vətəndaşlarımızdır.