“ABŞ eyni anda həm şikayətçi, həm hakim, həm də hökmün icraçısı ola bilməz”
Posted on : iran 10/16/2017 1:00:26 PM
İranın Milli Təhlükəsizlik Şurasıın baş katibi Əli Şəmxani Amerikayla müzakirə məsələsinə toxunub.
Press TV-yə
istinadən, İranin Milli Təhlükəsizlik Şurasıın baş katibi Əli Şəmxani Amerika
ilə müzakirə məsələsinə toxunub.
Yaxın Şərq barədə
ABŞ-la nə müzakirə etməyə istəklərinin, nə də zərurətin olduğunu deyən Şəmxani
bildirib: “Lakin qarşıdurma qəsdimiz də yoxdur, çünki bunu bölgənin ziyanına
görürük.”
Amerikanın İran
əleyhinə iqtisadi müharibəsindən də söz açan baş katib bildirib: “ABŞ-ın
bugünkü prezidenti bütün məsələləri iqtisad məntiqiylə ölçür. Onun beynəlxalq əlaqələrdən
düzgün dərki yoxdur. Bugünədək sözləriylə əməli tam olaraq bir-birinin ziddinə
olub.”
Suriyanın kimyəvi
silahlardan istifadə məsələsinə də toxunan Əli Şəmxani bildirib: “Bizim düşüncəmizə
görə rəsmi Dəməşq kimyəvi silahlardan istifadə etməyib. Biz həqiqəti üzə
çıxaracaq komitənin yaradılmasının tərəfdarıyıq. Eyni halda, biz ABŞ-ın bu bəhanəylə
Suriyaya hücumunu da qınayırıq. ABŞ eyni anda həm şkiyatətçi, həm hakim, həm də
hökmün icraçısı ola bilməz.”. / İslamazeri.com