header

 Netanyahu Almaniyanın XİN rəhbəri ilə görüşünü ləğv etdi

Netanyahu Almaniyanın XİN rəhbəri ilə görüşünü ləğv etdi

Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu İsrail rejiminin Fələstində törətdiyi qanunsuzluqlarını araşdıran QHT-lərlə görüşmək planından imtina etməyən Almaniyanın xarici işlər naziri Ziqmar Qabriellə planlaşdırılan görüşünü ləğv edib.

 Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahunun sözçüsü Devid Keyes belə bir açıqlama verib: "Görüş ləğv edildi".

  Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel rəsmilərlə görüşmək üçün sionist İsrail rejiminə səfər etmişdir. Qabrielin proqramında qeyri-qanuni sionist məskunlaşma yerlərinin səbəb olduğu qanun pozuntularını müəyyən edən B'tselem və işğal altındakı Fələstin torpaqlarında xidmət etmiş İsrail rejiminin keçmiş əsgərlərinin yaşadıqlarını qeydə alan "Breaking the Silence" ilə görüşlər var idi. Netanyahu bu görüşlərin ləğv edilməməsi təqdirdə Qabriellə görüşməyəcəyini bildirimişdir.

  Bu arada Almaniya prezidenti Frank Uolter Ştaynmayerin də 6-9 may tarixləri arasında İsrail rejimi və Fələstinə səfər etməsi gözlənilir.

Netanyahu Almaniyanın XİN rəhbəri ilə görüşünü ləğv etdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap