İran Türkiyəni tənqid etdi
Posted on : qafqaz 10/16/2017 1:00:26 PM
İran Xarici İşlər Nazirliyi Türkiyənin regiondakı son addımları ilə bağlı rəsmi bəyanatla çıxış edib
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib ki, Türkiyənin İraqdakı hərəkətləri ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozuntusudur. Rəsmi Tehran rəsmi Bağdadın bu məsələdəki mövqeyini dəstəkləyir.
“Bu addım İraqın suverenliyinin və ərazi bütövlüyünün pozuntusudur. İran bu məsələdə İraqın rəhbərliyinin mövqeyini dəstəkləyir.”, - deyə İran Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş bəyanatda deyilir.