ABŞ hərbi gəmisi İran hərbi gəmisi ilə üzləşdikdən sonra səmtini dəyişdi
Posted on : qafqaz 10/16/2017 1:00:26 PM
ABŞ-a məxsus hərbi gəmi İrana məxsus hərbi gəmi ilə üzləşib
“Mahan” adlı ABŞ-a məxsus qırıcıdaşıyan gəmi İrana məxsus
katerlə toqquşmadan qaçmaq üçün yolunu dəyişmək məcburiyyətində qalıb. Bu haqda
ABŞ administrasiyasındakı 2 mənbə məlumat verib.
Məlumata əsasən, ABŞ qırıcıdaşıyan gəmisi “Sepah”a məxsus
katerlə üzləşib. Toqquşmadan qaçmaq üçün, ABŞ gəmisi hərəkət istiqamətini dəyişib,
təhlükə siqnalı verib və siqnal raketləri buraxıb. Həmçinin ekipaj hərbi vəziyyət
alıb.