header

 URAN AYƏLƏRİNDƏ “BESƏT”İN HƏDƏFİ

URAN AYƏLƏRİNDƏ “BESƏT”İN HƏDƏFİ

1. Tövhid ideologiyasının möhkəmlənməsi və bu məsələ ilə bağlı qarşıya çıxan hər növ azğınlıqla mübarizə aparmaq: “Nəhl” surəsinin 36-cı ayəsində buyurulur:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ...

“Biz hər ümmətə: “Allaha ibadət edin, “tağut”dan çəkinin! – deyə peyğəmbər göndərmişdik...”

İlahi peyğəmbərlər daim müşriklər və zalımlarla mübarizə aparmış və bu yolda ağır əzab-əziyyətlərə məruz qalmışlar.

2. İnsanları qeybi xəbərlərlə, ilahi mərifət və düzgün tərbiyə yolları ilə tanış etmək: “Cümə” surəsinin 2-ci ayəsində buyurulur:

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

“Ümmi xalqın özünün içindən bir peyğəmbər göndərən Odur. Bu peyğəmbər Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) təmizləyir, onlara kitab və hikməti öyrədir.”

3. Cəmiyyətdə ictimai ədaləti bərqərar etmək: “Hədid” surəsinin 25-ci ayəsində belə buyurulur:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ...

“Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və mizan (ədalət tərəzisi) nazil etdik ki, insanlar (bir-birilə) ədalətlə rəftar etsinlər...”

4. İxtilaflı məsələlərdə düzgün mühakimə yürütmək: “Bəqərə” surəsinin 213-cü ayəsində buyurulur:

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ...

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasında, onların ixtilaflı olduqları məsələlər barədə mühakimə yürütmək üçün, O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi…”

Şübhəsiz, bu ixtilaflar yalnız cəmiyyətin etiqadi məsələlərinə aid deyil, həm də həyatın müxtəlif sahələrinə ehtiva edir.

5. İnsanlara höccəti tamamlamaq və bəhanə yollarını kəsmək: “Nisa surəsinin 165-ci ayəsində buyurulur:

رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا

“Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir höccət və bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir!

Rza Şükürlü (Maide.az)

URAN AYƏLƏRİNDƏ “BESƏT”İN HƏDƏFİ
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap