header

 İŞİD-çilərə Malayziyada terror törətmək tapşırığı verilib

İŞİD terror təşkilatının rəhbərləri Malaziya və digər Cənub şərqi Asiya ölkələrindən olan terrorçulardan məsul səhra komandiri Muhəmməd Vandidən narazıdırlar.

TASS-a istinadən, bu barədə Star qəzeti xəbər yayıb. Nəşr bildirir ki, Malaziya ərazisində ilin sonuna kimi bir sıra iri hücumlar həyata keçirməsi üçün onun qarşısında şərt qoymuşdu.

 

Star qəzeti yazır ki, 26 yaşlı Vandi  öz arvadı ilə birlikdə  2016-cı ilin yanvarında Suriyaya köçür. Orda  İŞİD terrorçuları tərəfindən malayziya dilində danışan (İndoneziya, Malayziya, qismən Sinqapur və Filippinlərdə yayığındır) yeni terrorçuların cəlb edilməsində məsul idi. Bundan başqa o, ilk növbədə Malayziyada terror aktları həyata keçirməli idi.

 

Qəzet  xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən bildirir ki, bu müddət ərzində Vandi avncaq bir terror aktının hazırlanmasında – ötən ilin iyun ayında  Kuala Lumpur ətrafında gecə klublarının birində hücumda iştirak edib.

 

Ölkənin  Milli Polisinin rəhbəri  Xalid Əbu Bəkr  bunu İŞİD-in ölkədə ilk aktı adlandırmışdı. Əyləncə müəssisəsinə atılan bombanın partlaması nəticəsində 8 nəfər yaralanmışdı.

 

Hüquq müdafiə orqanları bildirir ki, Vandi mobil WhatsApp tətbiqində əsasən Malayziyalı gənclərdən ibarət 100 qrupu işlədir. Hazırda onların qarşısına əvvəllər İŞİD-in tərəfində vuruşan 50 malayziyalının vətənə qayıtmasının qarşısını almaq tapşırığı qoyulub.

 

Cari ayın əvvəlində  ABŞ Maliyyə Nazirliyinin  xarici aktivlərə nəzarət  idarəsi Vandini  ən axtarılan terrorçular siyahısına əlavə edib. / FaktXeber.com

İŞİD terror təşkilatının rəhbərləri Malaziya və digər Cənub şərqi Asiya ölkələrindən olan terrorçulardan məsul səhra komandiri Muhəmməd Vandidən narazıdırlar.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap