header

 Türkiyədə İslami Təşkilat üzvləri polisin hücumuna məruz qalıb döyüldülər - VİDEO, FOTO

Adanada tanınmış ilahiyyatçı Alparslan Kuytulun "Furqan" təşkilatının üzvlərinə polis hücumu çox az media tərəfindən işıqlandırılıb

Türkiyənin Adana şəhərində tanınmış ilahiyyatçı Alparslan Kuytulun "Furqan" təşkilatının keçirmək istədiyi İslam Peyğəmbərinin mövlud həftəsi tədbirinə izin verilməməsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi - xüsusi yazı işləri müdiri Cem Küçükün Mavi Mərmərə gəmisindəkilərə (şəhidlər daxil) manyak, radikal deməsinə etiraz olaraq keçirilən mətbuat açıqlamasına polisdən çox sərt təpki gəlib.

 

Belə ki, polislər təşkilat üzvlərinə hücum edərək ağır bədən xəsarətləri yetirmiş, qadınlara gözyaşardıcı qazla hücum ediblər. Hadisə 22 apreldə baş verib.

 

Qeyd edək ki, bu xəbərlər çox az media tərəfindən işıqlandırılıb.

 

Xatırladaq ki, Alparslan Kuytul Türkiyədə vəhdətçi, İsrail əleyhdarı və Ərdoğanın siyasətinə sərt etiraz edən nadir ilahiyyatçılardandır.


İslamazeri.com 
Adanada tanınmış ilahiyyatçı Alparslan Kuytulun "Furqan" təşkilatının üzvlərinə polis hücumu çox az media tərəfindən işıqlandırılıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap