Biz hamımız hacı Mövsüm, hacı Abgül, hacı Taleyik!
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Azərbaycan Respublikası İslamçı Məhbuslarla həmrəylik günləri münasibətilə bəyanat
Bismillahir-Rəhmanir-Rəhim
Kətəbəllahu ləəğlibənnə
ənə və rusuli innəllahə qəviyyun əziz… (Mucadələ, 21)
Biz hamımız
hacı Mövsüm, hacı Abgül, hacı Taleyik!
Böyük Azərbaycan
xalqı!
Ölkəmiz sürətli
dəyişikliklər əsrində dərd, əzab, məhrumiyyət, məzlumiyyət, çətinliklə üzbəüzdir.
Ölkəmiz müstəbid, asılı, dinsiz, hətta anti-din və anti-millət bir dövlətin əlindədir.
Müasir dövrdə xalqımız və ölkəmiz üçün qəmli tale yaşanır. Ölkəmizin əsas sərmayəsi
olan gənclər başqa ölkələrə üz tutub. Ziyalılar təziyq altındadır, dindarlar və
qeyrətli insanlar həbsxanada yatır. İqtisadi çətinliklər dözülməz həddə çatıb.
Tənqidə icazə verilmir. Söz azadlığı boğulub, ilkin əsas hüquqlar rəhmsizliklə
tapdanır. Hökumət siyasi fəalları, tənqidçiləri, dindarları haqsız olaraq həbsə
alıb. Azad cəmiyyətlər təzyiq altındadır, aparıcı şəxsiyyətlər nəzarətə
götürülüb vurulub. Hökumətin müxalifləri həbsxanalarda ağır işgənçə altındadır.
Narkotika daşınması, silah gəzdirmək, vergidən yayınmaq, dövlətə xəyanət Azərbaycan
hökumətinin əsas bəhanəsidir. Hansı ki bütün müxaliflər qanuni fəaliyət göstərir.
Hökumət isə ən kiçik tənqidə dözümsüzdür.
Azərbaycanda
demokratiya tərafdarlarının həyatı təhlükədədir. Azərbaycan hökuməti Avropa
Birliyi və 76 hüquq müdafiəçisinin təzyiqı altında 2016-ci ildə 17 nəfər hüquq
müdafiəçisi, jurnalist və siyasi fəal azad etdi. Amma faciə çox ağırdır. Dindar
məhbusların çəhənnəmi xatırladan həbsxanalardan azad olunması ehtimalı yoxdur.
Həbsdə kiçik etiraza görə karsa salınır, Qobustana göndərilirlər. Etiraf almaq,
qorxu yaratmaq üçün işgəncə həddi aşıb. Fədakar gənc, Azərbaycanın ümüdi hacı
Tale işgəncə nəticəsində 3 gün huşunu itirdiyini deyəndə beynəlxaq təşkilatlar
işgəncə faktlarını araşdırmaq üçün komissiya göndərmək istədi. Amma Azərbaycan
hökuməti buna icazə vermədi.
Rejimə qarşı hər
növ tənqidi boğmaq üçün jurnalistlərə siyasilərə və dindarlara amansız təzyiq
bu ölkədə adətə çevrilib.
Beynəlxaq təşkilatların
hesabatına əsəsən Azərbaycanda insan haqlarının durumu çox ağırdır. Müstəbid
hökumət müxalifət imkanlarını məhdudlaşdırmaq üçün təlaşlarını ikiqat artırıb.
Saxta ittihamla ağır hökmlər çıxarılır.
Xalqın danışan
dillərinin əksəri karsda saxlanılır. Örta əsr işgəncəsinə etiraz edənlər aclıq
aksiyası geçirir. İşgəncələrə qarşı beynəlxalq mübarizə təşkilatı siyasi məhbuslara,
Nardalan məbuslarına işgəncələrə son qoyulmasını tələb edir. Siyasi məhbuslara
vəkilləri və ailələri ilə görüş verilmir. Siyasilər məhkəmədə müdafiə
imkanlarından məhrumdur.
Ziyalıların
saxta seçkiyə, ailə hakimiyyətinə yol açan konstitusiya dəyişikliyinə etirazı ən
ağır cinayət sayılır.
Xalqımız bu gün
söz azadlığı, əqidə azadlığı, dini mərasimlərin keçirilməsi azadlığı yolunda
ağır baha ödəyir. Millətimiz öz haqları , insan haqları yolunda müqaviməti ilə
özünü dünyada tanıtdırır.
Xalqımızdan istəyimiz
budur ki, dünyanın mədəni və demokratik qurumlarına müraciət etməklə öz haqq səslərini
dünyaya çatdırsınlar, öz övladlarının həbsinin, onlara qarşı işgəncələrin bədəlini
tələb etsinlər. Biz bir ağızdan, bir səslə elan edirik ki, hacı Mövsüm, hacı
Abgül, hacı Tale, hacı Zülfüqar, hacı Sərdar kimi şəxsiyyətlərin həbsi rejimə
baha başa gələcək. Rejim bu cinayətlərinə görə ağır baha ödəyəcək. Elan edirik
ki onlar tək deyil. Onların həbsi hamımızın həbsidir. Biz hamımız hacı Mövsüm,
hacı Abgül, hacı Taleyik! Hamımız!
Böyük Azərbaycanın
Türkiyə, Avropa, Rusiyadakı dərdli övladları
20 Apr
2017(http://www.7sabah.com.tr)