Türkiyənin AŞ-na üzvlük danışıqlarının dayandırılması müzakirə olunacaq
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Avropa Şurası ölkə konstitusiyasına dəyişikliklə bağlı referendumdan sonra Türkiyənin ittifaqa üzvlük barədə danışıqlarının müvəqqəti dayandırılması məsələsini müzakirə etmək niyyətindədir
Bu barədə Welt
diplomatik mənbələrə istinadla xəbər verib.
«Bu məsələ
aprelin 28-29-da Maltada AŞ XİN rəhbərdərinin görüşündə gündəliyə çıxarılacaq.
XİN rəhbərləri Avropa Komissiyasını Ankaranın üzvlük barədə danışıqların əsas xəttini
pozub-pozmadığını və uyğun olaraq danışıqları müqəddarına baxacaqlar», - deyə vəziyyətlə
yaxından tanış olan avropalı diplomat bildirib.
Welt-in
yazdığına görə, Aİ hesab edir ki, Türkiyədə azadlıq, demokratiya və insan
haqları prinsiplərinin ciddi və davamlı pozulması səbəbindən AK Ankara ilə
danışıqları müvəqqəti dayandırmağı tövsiyə edəcək.
Xatırladaq ki,
aprelin 16-da Türkiyədə referendumda Konstitusiyanın dəyişdirilməsi tərəfdarları
qalib gəlib. Konstitusiya dəyişikliklərinə görə, Türkiyədə Parlament
Respublikası prezidentlik Respublikası ilə əvəzlənir, baş nazir vəzifəsi ləğv
edilir, prezidentə vitse-prezidenti, nazirləri, hakim və prokurorlar
Kollegiyasının üzvlərini təyin etmə səlahiyyətləri verilir. / FaktXeber.com