header

 Allahın nuru ilə baxan, onun tövfiqatı ilə danışan fərasətli mömin

Allahın nuru ilə baxan fərasətli mömin kimlərə deyilir?

Qurani-Kərimdə Hicr surəsinin 75-ci ayəsində dünyada bəzi keçmiş qövmlərə nazil edilən bəlalar və insanların üzləşdiyi çətinliklər haqda buyurulur:

 

“Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”

 

Tanınmış müfəssir Əllamə Təbatəbai “düşünüb, daşınanlar” (əl-mütəvəssimin) ibarəsini fərasətlilər kimi izah edir.

 

Əl-Mizanda deyilir: “Allahın Rəsulu buyurdu ki, möminin fərasətindən qorxun, çünki o Allahın nuru ilə baxır. Bundan sonra Peyğəmbər bu ayəni oxudu: “Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!”, yəni fərasitlilər üçün.

 

Allahın Peyğəmbəri yenə buyurub: “Möminin fərasətindən (və ya fərasətli mömindən) qorxun! Çünki onlar Allahın nuru ilə baxır və Allahın tövfiqatı ilə danışırlar” (Kənzul-Ümmal, hədis-30730)

 

İmam Əli buyurur: “Möminlərin ehtimallarından və hissindən qorxun! Çünki Allah haqqı onların dilində qərar verib.

 

İmam Baqir buyurur: “Hər bir məxluqun alnında onun mömin və kafir olduğu yazılıbdır. Amma bu sizə gizlindir. Bu Ali-Məhəmmədin imamlarına gizlin deyil. Onların yanına gedən hər birinin mömin ya kafir olduğunu bilirlər.” İmam sonra “Bunda (bu əzabda) fərasətlilər üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!” ayəsini oxudu və bəyan etdi ki fərasətlilər Ali-Məhəmmədin imamlarıdır.

 

Yuxarıda deyilən ayədən, hədislərdən və Əllamə Təbatəbainin təfsirindən bir neçə nəticə əldə olunur:

 

1-    Möminin vacib şərtlərindən biri fərasətli olmaqdır. Fərasətsiz insan , haqqının digəri tərəfindən yeyilməsinə göz yuman, bunu almağı bacarmayan, əfəl, iti baxışları olmayan, uzaqgörənliyi olmayan, siyasətçi olmayan və insanları tanıya bilməyən mömin deyil.

 

2-    Fərasətlilərin bariz nümunəsi imamlardır.

 

3-    Fərasət dedikdə, dələduzluq edib, insanların haqqına sahib çıxmaq, onları aldatmaq və hiyləgərlik etmək nəzərdə tutulmur.

 

4-    Fərasətli mömindən qorxun dedikdə, yəni onlara qarşı hiylə işlətməyin, onlara zülm etməyin deməkdir, onlardan qorxub, qaçmaq anlamında deyil. / İslaminSesi

Allahın nuru ilə baxan fərasətli mömin kimlərə deyilir?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap