header

 CHP referendumun nəticələrinin ləğv edilməsini istəyib

Türkiyədə Cümhuriyyət Xalq Partiyası bu ölkənin ali seçki şurasına rəsmi ərizə təqdim edərək, çoxlu sayda qanun pozuntusunun baş verdiyini dilə gətirib və konstitusiyaya dəyişiklik üzrə referendumun nəticələrinin ləğv olunmasını istəyib.

Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Erdal Aksunger dünən toplanmış faktlarla Türkiyə ali seçki şurasının sədri Sadi Güvenlə görüşüb. O, bu görüşdə ali seçki şurasının bu şuranın möhürü olmayan vərəqələrin mötəbər sayılması barədəki qərarını ziddiyyətli adlandıraraq, referendumun nəticələrinin ləğv edilməsini istəyib.

 

Erdal Aksunger deyib: Referendumun keçirildiyi 57 min məktəbdən 10 min 900 məktəbdə seçki qaydaları pozulubdur.

 

Türkiyə Vətən Partiyası da bildiribdir ki, nəticələrin elan olunmasında geniş pozuntulara yol verildiyi üçün referendumun nəticələrinin ləğv edilməsindən ötrü ali seçki şurasına müraciət edəcək.

 

Türkiyə vəkillər kollegiyasının sədri Mətin Feyzi oğlu da referendumda səslərin sayılışı tərzi və nəticələrin elan olunması ilə bağlı pozuntular barədə 13 maddəlik bir bəyanat yayıbdır.

Türkiyədə Cümhuriyyət Xalq Partiyası bu ölkənin ali seçki şurasına rəsmi ərizə təqdim edərək, çoxlu sayda qanun pozuntusunun baş verdiyini dilə gətirib və konstitusiyaya dəyişiklik üzrə referendumun nəticələrinin ləğv olunmasını istəyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap