header

 Şəri-dini suallara cavablar - SUAL 33

Dəstəmazsız Allah-Taalanın adlarına toxunmağın hökmü nədir?

10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirik:


SUAL 33: Dəstəmazsız Allah-Taalanın adlarına toxunmağın hökmü nədir?

CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Nuri: “Allah-Taalanın adlarına – hansı dildə və hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq və əl vurmaq caiz deyildir.

(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 157; “Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 319.)

Ayətullah Təbrizi, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkraim Şirazi və Ayətullah Vəhid Xorasani: “Vacib ehtiyata əsasən, Allah-Taalanın adlarına – hansı dildə və hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq və əl vurmaq caiz deyildir.”

(“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 315; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;

2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;

3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:

–Ayətullah Seyid Əli Xamenei;

–Ayətullah Seyid Əli Hüseyni Sistani;

–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.

–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;

–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;

–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;

–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;

–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;

–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;

 

Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! /Maide

Dəstəmazsız Allah-Taalanın adlarına toxunmağın hökmü nədir?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap