Tramp İrana dair əmr verdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
ABŞ dövlət katibi Prezidentin sərəncamı barədə məlumat verib.
RİA-ya istinadən,
ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Prezident Donald Tramp nüvə
proqramı üzrə beynəlxalq ictimaiyyətlə əldə olunmuş razılıq çərçivəsində İrana
qarşı tətbiq edilən sanksiyaların qismən aradan qaldırılmasının rəsmi
Vaşinqtonun maraqları ilə uyğun olub-olmamasının müəyyən edilməsini tapşırıb.
“Prezident
Donald Tramp Hərtərəfli Birgə Fəaliyyət Planının gözdən keçirilməsinə dair əmr
verib. Bu prosesdə Ağ Evin Mili Təhlükəsizlik Şurasının başçılığı altında müxtəlif
təsisatlar iştirak edəcək. Gözdən keçirmə prosesi zamanı İrana qarşı tətbiq
edilmiş sanksiyaların dayandırılmasının ABŞ-ın milli maraqları üçün həyati dərəcədə
zəruri planla uyğun olub-olmamasını qiymətləndirəcək.”, - deyə
Tillersonun bəyanatında qeyd edilir.
Bununla yanaşı
Dövlət Departamenti nümayəndələr palatasının spikeri Pol Rayana göndərilmiş məktubda
təsdiqləyir ki, aprel ayının 18-nə olan vəziyyətə əsasən İran razılığa müvafiq
olaraq öz öhdəliklərinə əməl edir.
“Bununla belə,
dövlət katibi İranın terrorçuluğa dəstək verən ölkə kimi rolu ilə bağlı
narahatlığını ifadə edib və prezidentin əmri ilə sanksiyaların gələcəkdə də
dayandırılmasının ABŞ-ın milli təhlükəsizlik maraqları ilə uyğun
olub-olmamasının qiymətləndirilməsinə dair aparılan iş barədə konqresi məlumatlandırıb.”
Qeyd edək ki,
İran və beynəlxalq vasitəçilər kimi çıxış edən “altılıq” ölkələri 2015-ci ilin
iyul ayının 14-də İranın uzun zamandır davam edən atom problemi ilə bağlı
tarixi razılığa gəliblər. Birgə Hərtərəfli Fəaliyyət Planı qəbul edilib. Bu
sazişə uyğun olaraq daha əvvəl BMT TŞ, ABŞ və Aİ tərəfindən İrana qarşı tətbiq
edilmiş iqtisadi və maliyyə sanskiyaları aradan qaldırılmalıdır. Plan 2016-cı
ilin yanvar ayının 16-dan qüvvəyə minib.
Bununla yanaşı,
ABŞ İrana qarşı raket proqramı, insan haqları və rəsmi Tehranın terrorçuluğa dəstək
verməsi ilə bağlı olan şübhəsi əsasında tətbiq etdiyi sanksiyaları davam
etdirir.