Türkiyə düşmənlərinin ovu olacaq – İndependent
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
İngiltərə mediasında Türkiyədə seçkilər haqqında yazı yayımlanıb. Yazını İndependent qəzetinin Yaxın Şərq üzrə araşdırmaçısı Patrik Kokbrun yazıb. İslamınSesi sözügedən məqaləni sizə təqdim edir.
Yazıda Türkiyənin düşmənlərlə
-Suriya, İran, Rusiya və kürdlər tərəfindən “mühasirəyə” alındığı bildirilir.
“Tənqid edənlər açıqca bildirirlər
ki, bu referendum Türkiyədə demokratiyanın axırına çıxdı. Onlar bildirirlər ki,
bu Ərdoğana diktator hüququ verdi. Bazar günü keçirilən seçkilərin əsl gözlənilməyən
tərəfi səslər arasındakı çox yaxınlığın olması idi. Seçki ədalətlə olsaydı bəli
və xeyr bir-birinə bu qədər yaxın olmazdı. Ərdoğan uzun müddətdir ki, fövqəladə
hal rejimi ilə əlində saxladığı parlamenti yeni sistemlə əlində cəmləyə biləcək.
Bütün bunlar tək hakimli və monarxiya quruluşlu ölkələrə tanış mənzərədir.
Keçmişdə bir çoxları Türkiyənin
tipik şərq ölkəsi olduğunu söyləyərək yanlışa yol veriblər. Əslində isə Türkiyə
eyni modern Avropa ölkələri kimi
çevrilişlərlə silkələnsə də orada yenə seçkilər olar və sistem yenidən
işləyərdi. Sofistika və intektual mediası ilə bir çox Avropa ölkəsindən üstün
bir enerjiyə malik ölkə idi. Amma Türkiyə artıq başqa yol seçib.”
Daha sonra analitik Türkiyədə baş verən bu dəyişikliklərə qarşı
müxalifətin gücsüz olduğunu qeyd edir. Bildirir ki, ən sərt HDP idi onlar da həbsxanalardadırlar.
Referandum sonucunu protesto
gösterileri
Ərdoğanın cüzi fərqlə referendumu
qazandığını bildirən Kokbrun Türkiyəyə əsl təhlükənin kənardan gəldiyini yazır.
Recep Tayyip Erdoğan
“Ərdoğan üçün ölkənin sabitliyini
qorumaq çətin olacaq. Adətən diktator liderlər əllərindəki mediadan istifadə edərək
öz tək hakimiyyətlərini qüvvətləndirərlər. Ölkə içərisindəki müxalifətin də öhdəsindən
gələ bilər. Lakin qonşuları –Rusiya Suriya və İran və kürdlər... Ərdoğanı məhz
bu gözləyir. Məhz bu ölkələr dərin bölünməni müşahidə edir."