header

 Vəkil: Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru Sərdar Babayevin növbəti məhkəməsi keçirilib.

Məhkəmədən sonra vəkil Cavad Cavadov maide.az-a açıqlamasında bildirib ki, Sərdar babayevin cinayət işinin materialları ilə tanış olmaq üçün Masallı rayon Polis şöbəsinə gedib, lakin məlum olub ki, onun barəsində həbs qəti-imkan tədbiri növbəti dəfə uzadılacaq: "Burda istintaq orqanı bizə yalan məlumat verib. Hakim Nemət Musayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şeyx Sərdarın həbs müddəti bir daha uzadılıb. İstintaq orqanı həbs müddətinin uzadılmasını 1 ay istəyib və məhkəmə 20 gün müddətinə uzadılmasına qərar verib".

 

Qeyd edək ki, Sərdar Babayev Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan ruhani həbs müddətinin başa çatmasına az qalmış - martın 27-də Masallı rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmışdı. 

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru Sərdar Babayevin növbəti məhkəməsi keçirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap