Təhsil və savad insan əxlaqının bəzəyidir - Əxlaq dərsi
Posted on : qafqaz 10/16/2017 1:00:26 PM
AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərinin III hissəsini oxucularımıza təqdim etmişdik
Xatırladaq ki,
hazırda 12 illik həbs cəzasına məhkum edilən AİP lideri Mövsüm Səmədov
ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda ruhani alim və böyük əxlaq
ustadıdır. O, həbs olunduğu müddətə qədər tələbələri ilə birgə mütəmadi şəkildə
əxlaq dərsləri təşkil edərdi. Doktor Səmədov həmin dərslərdə ali ilahi maarifin
həqiqətlərini insanlara çox gözəl formada izah edərdi. Dərslər hətta o qədər
ilahi nur və feyzlə əhatə olunurdu ki, dərs iştirakçıları dərsin saatlarla
davam etməsini istəyirdi.
I
dərs: AİP lideri Mövsüm Səmədovun əxlaq dərslərindən xüsusi qeydlər
II
dərs: Bəndənin Allahla düşmənçiliyi Mövsüm Səmədovun bəyanında
III dərs: Allah
yıxılmış qəlbin aşiqidir – Əxlaq dərsi
İslaminSesi hazırda karsda saxlanılan böyük əxlaq ustadı Mövsüm Səmədovun
dərslərindən 4-ci hissəni oxucularına təqdim edir.
Təhsil, savad hər
kəsin əxlaqının bəzəyidir. Yəni hər hansı bir insanın təhsilli olması onun əxlaqi
keyfiyyəti üçün vasitədir. Misal üçün, mümkündür ki, bir insan ömrü boyu elmlə
məşğul olsun, amma əxlaqi dəyərlərə sahib olmasın. İnsanın əxlaqi keyfiyyətlərə
malik olması üçün qəflətdən oyanması mühüm şərtdir.
Şeytan daim
çalışır ki, insan öz insani keyfiyyətlərini əldən versin. Şeytan daim bu
istiqamətdə fəaliyyət gösdərir. Əgər insan şeytanın bu kimi fəaliyyətlərindən
amanda qalmaq istəyirsə, gərək tədbirini əldən verməsin, təfəkkür etsin və
uzaqgörən olsun. Məhz bundan sonra əməlin bəhrəsini görmək mümkündür. Hətta
maddi cəhətdən belə, insan nəyəsə nail olmaq istəyirsə, gərək uzaqgörənliyi
əldən verməsin.
İlahi şəxsiyyətlər
buyurublar ki, qabaqcadan düşünmək insanı sonrakı peşmançılıqdan xilas edər.
Bu, cəhətdən belədir. İstər dost seçəndə, istərsə də iş quranda. Əgər insan çətinliklə
üzləşsə və ya bəlaya düçar olduğunu görsə, bilsin ki, bu, işlərin sonuna diqqət
etməməyin nəticəsidir. İnsan gərək heç vaxt tələsməsin.