header

 Suriyadakı terrorçu qruplar Ərdoğanı təbrik ediblər

Suriyada fəaliyyət göstərən terrorçu qruplar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı konstitusiyaya dəyişiklik üzrə referendumda qələbə çaldığına görə təbrik ediblər.

Livanın Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Cəbhətünnüsrə, Ceyşül-İslam və Cəbhətüşşamiyyə kimi terrorçu qruplar referendumun nəticələrinə əsasən Rəcəb Təyyib Ərdoğanın səlahiyyətlərinin artmasını alqışlayaraq ondan Ankaranın Suriyaya müdaxiləsini genişləndirməsini istəyiblər.

 

Bu məlumata görə, Suriyada terrorçu qrupların Ərdoğanı təbrik etmələri əslində onların öz əsas maliyyə təminatçılarına sədaqətlərini nümayiş etdirir və onların fəaliyyətinin Türkiyənin nəzərdə tutduğu planlar əsasında olduğunu göstərir.

 

Müşahidəçilərin fikrincə adı BMT-nin TŞ-nin terrorçu qruplar siyahısına daxil olan Cəbhətünnüsrə ilə Ceyşül-İslam və Cəbhətüşşam arasında fərq yoxdur.

 

Türkiyə 2016-cı il 24 avqustda Fərat qalxanı adlı əməliyyat keçirmək üçün İŞİD terrorçuları ilə mübarizə adı altında Suriyanın şimalına qoşun yeritdi.

Suriyada fəaliyyət göstərən terrorçu qruplar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı konstitusiyaya dəyişiklik üzrə referendumda qələbə çaldığına görə təbrik ediblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap