Ordu günündə İranın silahlı qüvvələrinin nailiyyətləri nümayiş etdirilib
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
İran İslam Respublikası prezidenti və İranın yüksək rütbəli hərbi rəsmilərinin iştirakı ilə keçirilən İran İslam Respublikası ordusu günü mərasimlərində İranın silahlı qüvvələrinin son nailiyyətləri nümayiş etdirilib.
İran İslam
Respublikası ordusu günü mərasimləri bu gün səhər çağı Tehranda İran İslam
Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) məzar kompleksi kənarında
keçirilib.
İran ordusunun
quru, hava, dəniz, havadan müdafiə, gözətçilər, islam inqilabının keşikçiləri
korpusu, nizam-intizam və səfərbər qüvvələrinin nümunəvi bölmələrinin paradı ilə
eyni zamanda, Şahir snayperi, Məhərrəm minomyotu, Kiyan taktiki texnikası,
CBRNN zirehli kəşfiyyat texnikası, Heydər minaatanı, Süleyman treyleri,
Getliteq silahı, Tiyam tankı, Zülfüqar tankı və Bəhmən sistemi nümayiş
etdirilmişdir.
Ordunun havadan
müdafiə baş qərargahının Məhmul bölmələrinin paradında S200, KNS 200 raketləri,
S300 raket sisteminin radarı, S300 raket sisteminin 54 kabineti, N30 radarı, S
bazasının Lançeri və TM raketi, S300 sistemi və raketi, Səyyad-2 raketi, 10 şəhrivər
radarı, 23 milimetrlik bəsic artilleriyası, Bəsic səyyar gözətçisi, çiyində
atılan sistemi prezidentin qarşısından keçirilib.
Ordu günü
münasibəti ilə keçirilən paradda həmçinin Şəhab hücumçu qayığı, Vəlfəcr dəniz
raketi, hücumçu Rəd qayığı, Əssabehat sualtı qayığı, yapışqan mina, Məkran
raket atan taktiki texnika, uzaq mənqilli nur raket sistemi, sahildən atılan nəsr
raket və radar sistemidə nümayiş etdirilib.