Nigeriya polisi Zəkzakinin azad edilməsini istəyənlərə itlərlə hücum etdi - FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Nigeriya rejiminin polisi şiələrin təşkil etdiyi etiraz aksiyasına hücum edib
Nigeriya şiələrinin
sosial şəbəkələrdə yaydıqları məlumatlara əsasən Nigeriya rejiminin polis gücləri şiələrin təşkil etdiyi Şeyx Zəkzakiyə dəstək
aksiyasına hücum edib.
Əksəriyyəti
qadınlar olan yüzlərlə Əhli-beyt tərəfdarı, Şeyx Zəkzakinin həbsinin davam etməsinə
etiraz olaraq aksiya keçiriblər.
Ölkənin Əbuca şəhərində
keçirilən etiraz aksiyasına təhlükəsizlik qüvvələri itlər, gözyaşardıcı qazlar
və təzyiqli sularla hücum ediblər.
Qeyd edək ki,
2015-ci ilin son aylarında Nigeriya Ordusu İsrail və ABŞ-ın göstərişilə ölkənin
ən böyük İslami Hərəkatının ev və məscidlərinə hücum etmiş, yüzdən çox insanı
güllələmiş və ya diri-diri yandırmışdı. Nigeriya lideri gözündən yaralanaraq
görmə qabiliyyətini itirmişdi. Ali Məhkəmə Şeyx Zəkzakinin azad olunmasını təlb
etsədə, Ordu Ali Məhkəmə qərarını saymayaraq ruhani, ailəsi və tərəfdarlarını həbsdə
saxlanılmasını davam etdirir. / İslamazeri.com