Həsən Ruhaninin hərbi paraddan qonşu ölkələrə mesajı
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
“Qonşularımız arxayın olsunlar ki, müdafiə gücümüz hücum xarakterli deyil.”
Bunu İran
prezidenti Həsən Ruhani bugün ölkənin Ordu günü münasibətilə keçirilən hərbi
parad zamanı deyib.
Ölkənin müdafiə
gücünün artırılmasının zəruriliyindən danışan Həsən Ruhani bəyan edib ki, Silahlı Qüvvələri regionun və
Yaxın Şərqin mühüm və həssas gücünü qoruyandır.
İranın hərbi
gücünün hücum deyil, müdafiə xarakterli olduğunu qeyd edən prezident vurğulayıb
ki, bununla yanaşı ölkəsi hər zaman özünü iqtidarla müdafiə etdiyini göstərib və
təcavüzkarlara lazımi cavab verib.
“Bugün bizim
Silahlı Qüvvələrimizin hazırlığı hər zamandan daha çoxdur. Bizim Silahlı Qüvvələrimiz
digərləri üçün təhdid olmayacaq, amma bununla yanaşı digərləri qarşısında
ayıqlığımızı qoruyub saxlamalı və cavab vermə qüvvəmizi artırmalıyıq” deyə Həsən
Ruhani Qərb dövlətlərinin ölkəsinin ballistik raketlər proqramı haqda yaratdığı
sui-təbliğat kompaniyasına münasibət bildirib və qonşu dövlətlərə sülh mesajını
göndərib. / İslaminSesi